Qonşuda benzin bahalaşdı: Əhali ayağa qalxdı | SON XƏBƏR | SON XƏBƏR

Qonşuda benzin bahalaşdı: Əhali ayağa qalxdı

iran-aksiya_300x154Ötən gün axşam saatlarında İranın bir sıra şəhərlərində benzinin qiymətinin bahalaşmasına etiraz aksiyaları keçirilib.

Bu barədə İRNA yazıb.

Məlumata görə, kiçikmiqyaslı etirazlar İranın Məşhəd, Şiraz, Bircənd, Əhvaz və bir sıra digər şəhərlərində keçirilib. Sircan bölgəsində etirazçılar yerli neft anbarını yandırmağa çalışsa da polis əməkdaşları bunun qarşısını alıb.

Xatırladaq ki, İranda kvotadan artıq satılan benzinin qiyməti 3 dəfə bahalaşıb. İranda bundan öncə kvotadan artıq satışa çıxarılan benzinin qiyməti 1000 tümən idi. Hər bir avtomobil sahibi ayda 60 litrə qədər kvota ilə benzin ala bilər.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>