Rusiyada terrorçu PKK/YPG-PYD qruplaşması ilə əməkdaşlıq edən təşkilat bağlanıb | SON XƏBƏR | SON XƏBƏR

Rusiyada terrorçu PKK/YPG-PYD qruplaşması ilə əməkdaşlıq edən təşkilat bağlanıb

Rusiyanın Adıgey Respublikasının Ali Məhkəməsi kürd etnik qrupuna mənsub qadınların hüquqlarını müdafiə etdiyi iddia olunan “Beritan” İctimai Birliyini terrorçu PKK/YPG-PYD qruplaşması ilə bağlı fəaliyyət göstərdiyi üçün bağlayıb.

“Report” xəbər verir ki, məlumatı “Hurriyet” yayıb.

“Cəmiyyət siyasi fəaliyyət göstərdiyi üçün bağlanıb. Bu, onun nizamnaməsinə və Rusiyanın vətəndaş cəmiyyəti quruluşu haqqında qanunlara ziddidir”, - məhkəmənin açıqlamasında vurğulanıb.

Bildirilib ki, “qadın hüquqlarının müdafiəsi” adı altında bu təşkilatın nümayəndələri İraqdakı Kürdüstan Demokrat Partiyasının aksiyalarına və Türkiyəyə yönəlik siyasi xarakterli açıqlamalar verib.

“Beritan” İctimai Birliyi 2015-ci ildə Adıgey Respublikasının Beloye rayonunda təsis edilib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>