Sabahın hava proqnozu açıqlanıb | SON XƏBƏR | SON XƏBƏR

Sabahın hava proqnozu açıqlanıb

Noyabrın 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə və gündüz 2-6, Bakıda gecə və gündüz 3-5 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi normadan yüksək 777 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz əksər rayonlarda havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>