2019-cu ilin ən populyar aktyorlarının adları açıqlanıb | SON XƏBƏR | SON XƏBƏR

2019-cu ilin ən populyar aktyorlarının adları açıqlanıb

IMDb portalı 2019-cu ilin ən populyar 10 aktyor-aktrisasının adını açıqlayıb.

"Top-10"da 6 qadın, kişi aktyor var.

Rreytinqə "Kapitan Marvel"də Marvel rolunu canlandıran Bri Larson başçılıq edir. Onun ardınca sıralamada Erin Moriarti ("Oğlanlar" serialında Starlayt rolu), Emiliya Klark ("Taxtlar oyunu"ndan Deyneris Tarqarien), Naomi Skott ("Ələddin"də şahzadə Jasmin), "Çox qəribə şeylər" serialından Dakre Montqomeri, "Şazam!" filmindən Zakari Livay yer alıb.

"Top-10"da həmçinin Kianu Rivz, Roza Salazar, Margo Robbi və "Coker"də eyniadlı personajı canlandıran Xoakin Feniks də özünə yer edib.

Reytinq son bir ildə portaldakı axtarış sorğularına əsaslanıb.

"Report"


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>