Azərbaycanda müәyyәn edilmiş cinayәt törәdənlərin çoxu işləməyən və təhsilsiz şəxslərdir | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanda müәyyәn edilmiş cinayәt törәdənlərin çoxu işləməyən və təhsilsiz şəxslərdir

Azərbaycanda müәyyәn edilmiş cinayәt törәtmiş şәxslәrin (ötən illərdən keçmiş cinayətlər üzrə cinayət törətmiş şəxslər də daxil olmaqla) çoxu əmək qabiliyyətli işləməyənlər və təhsil almayanlardır.

Trend-in məlumatına görə, 2018-ci ildə Azərbaycanda 16 727 şəxs müәyyәn edilmiş cinayәt törәdib. Onların 12 679 nəfəri əmək qabiliyyətli işləməyən və təhsilsiz şəxslər olub.

Ötən il cinayət törədənlərin 341-i məşğulluğuna görə fəhlə, 560-ı qulluqçu, 31-i kənd təsərrüfatı işçiləri, 71-i təhsil alanlardır. Cinayətkarların qalan 3 045 nəfəri digər sahələr üzrə işləyib.

Müәyyәn edilmiş cinayәt törәdənlərin 10 863-ü 30 və daha yuxarı yaşda olub.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>