Bakıda marşrut avtobusu qəzaya uğradı, 6 nəfər xəstəxanaya yerləşdirildi | SON XƏBƏR | SON XƏBƏR

Bakıda marşrut avtobusu qəzaya uğradı, 6 nəfər xəstəxanaya yerləşdirildi

Bakıda daha bir marşrut avtobusu qəzaya uğrayıb.

Səhiyyə Nazirliyindən  verilən məlumata görə, Suraxanı rayonu, "Əfsun" şadlıq sarayının yanında 104 saylı marşrut avtobusunun qəzaya uğraması barədə məlumat təcili yardıma saat 08:45-də daxil olub.

Hadisə yerinə 4 təcili tibbi yardım avtomobili göndərilib. Qəzadan 2-si azyaşlı olmaqla 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı şəhər xəstəxanasına çatdırılıblar. Onlara lazımi yardım göstərilib, müalicələri davam edir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>