Burun tənəffüsünün pozulması niyə təhlükəlidir? (FOTO) | SON XƏBƏR | SON XƏBƏR

Burun tənəffüsünün pozulması niyə təhlükəlidir? (FOTO)

Burun tənəffüsünün pozulması niyə təhlükəlidir? (FOTO)

“Ağızla nəfəs almaq – burunla yemək kimi bir şeydir” – qədim atalar sözüdür.

Burun tənəffüsünün çətinləşməsi həkim-otorinolorinqoloqa müraciətlərin ən əsas səbəbidir. Bu hal uşaq yaşlarında həyat keyfiyyətinə, təhsilə, körpə yaşlarında isə ümumi inkişafa təsir edir. Yuxarı tənəffüs yollarının müxtəlif anomaliyaları, vaxtında aşkar və müalicə olunmayan xəstəliklər (adenoidlər, sinusitlər, rinitlər, burun çəpərinin əyrilikləri və s.), həmçinin digər qrup səbəblər burunun selikli qişasının çətin müalicə olunan və ya müalicə olunmayan patoloji dəyişikliklərinə, normal burun tənəffüsünün pozulmasına səbəb ola bilir.

Burun tənəffüsünün çətinləşməsinin əsas simptomları. Belə insanlar adətən ağzı açıq yatırlar, onların yuxuları narahat olur, tez-tez ayılırlar və adətən xoruldayırlar. Onlar daima yuxusuzluqdan şikayət edir və buna görə də həmişə halsız və apatik görünürlər. Bu səbəbdən məktəblilər və tələbələrin dərsə davamiyyəti aşağı düşür, yaddaş və diqqət pozğunluğu baş verir. Böyük insanlarda isə iş qabiliyyəti aşağı düşür, onlar əsəbi olurlar.

Buruna daxil olan hava təmizlənir, nəmlənir, isinir. Ağızla tənəffüs zamanı ağciyərlərə təmizlənməmiş, quru və soyuq hava daxil olur ki, bu da ağciyərlər və bronxların xəstəliklərinə səbəb olur. Belə pasiyentlər baş beyinə qan və limfa axınının çətinləşməsi nəticəsi olaraq daima baş ağrılarından şikayətlənirlər. Bu hallar burun boşluğunun durğunluq əlamətləri kimi izah olunur. Beləliklə, burun tənəffüsünün pozulması əksini yalnız tənəffüs orqanlarında tapmır, həmçinin bütün orqanizmdə əhəmiyyətli dəyişikliklərə səbəb ola bilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>