Ermənistan Futbol Federasiyasının sabiq prezidentinin evində axtarış aparılacaq | SON XƏBƏR | SON XƏBƏR

Ermənistan Futbol Federasiyasının sabiq prezidentinin evində axtarış aparılacaq

Ermənistan Futbol Federasiyasının sabiq prezidenti Ruben Ayrapetyanın evində axtarış aparılacaq.

“Report” xəbər verir ki, bu barədə “Sputnik Armeniya”ya polisdən bildirilib.

Ermənistanın Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları 56 yaşlı iş adamının təkcə mənzilinə deyil, digər daşınmaz obyektlərinə də baş çəkəcəklər.

Mətbuatda yer alan xəbərlərə görə, “Nemes Rubo” ləqəbi ilə tanınan Ayrapetyan 2012-2018-ci illərdə müxtəlif şəhərlərdə stadionların tikinti və təmirini həyata keçirərkən, saxta sənədlər təqdim edərək böyük məbləğdə maliyyə vəsaiti mənimsəyib.

Polis hazırda araşdırma aparır.

Qeyd edək ki, Ayrapetyan 2002-2018-ci illərdə Ermənistan Futbol Federasiyasına rəhbərlik edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>