Nazir müavini direktorlara və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq edib | SON XƏBƏR | SON XƏBƏR

Nazir müavini direktorlara və təhsil şöbələrinin müdirlərinə xəbərdarlıq edib

"Təhsil Nazirliyi şagirdlərin dərsə davamiyyəti zəif olan məktəblərdə məsuliyyətsizliyə yol verən direktorlar və təhsil şöbələrinin müdirləri barədə ciddi addımlar atacaq".

Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu gün təhsil sahəsində narahatedici əsas məsələlər təhsil ictimaiyyəti ilə müzakirə olunur: "Bu müzakirələr zamanı şagirdlərin dərsə davamiyyəti də diqqət mərkəzində olur. Bu dərs ilindən etibarən Təhsil Nazirliyi tərəfindən elektron şagird yerdəyişməsi sistemi fəaliyyətə başlayıb. Bu gün həmin sistemdə oxuduğu məktəbdən asılı olmayaraq, başqa məktəbə keçid edən şagird haqqında məlumatı görürük".

M.Vəliyeva bildirib ki, mərkəzdə yerləşən məktəblərdən ucqar məktəblərə gedən şagirdlərin dərsə davamiyyətinə yerli təhsil idarəetmə orqanı nəzarət edir: "Bununla bağlı Təhsil Nazirliyi tərəfindən yerli təhsil idarəetmə orqanlarına, təhsil şöbələrinin müdirlərinə, o cümlədən məktəb rəhbərlərinə ciddi şəkildə tapşırıq verilib ki, məktəblərdə, xüsusən 10-11-ci siniflərdəki şagirdlərin dərsə davamiyyəti məsələsi xüsusi nəzarətə götürülsün. Şagirdlər və valideynlərlə bu barədə söhbətlər aparılsın".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>