“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib | SON XƏBƏR | SON XƏBƏR

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

Bu gün Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə “Şahdağ” Turizm Mərkəzində xizək mövsümünün açılışı ilə əlaqədar olaraq KİV nümayəndələri üçün press-tur təşkil olunub.

"Report" xəbər verir ki, press-tur çərçivəsində media nümayəndələri “Şahdağ” Turizm Mərkəzindəki hotellər və digər turizm obyektləri ilə tanış olublar.

Media nümayəndələri yaradılan infrastruktur, turizm və xidmət obyektlərinin fəaliyyəti, gələcək planlar haqqında ətraflı məlumatlandırılıblar.

Onlara press-tur çərçivəsində kompleksdə yerləşən iaşə obyektləri: 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.

Ölkədə qış mövsümünün açılışı ilə əlaqədar təşkil olunan press-turun əsas məqsədi ictimaiyyəti “Şahdağ” Turizm Mərkəzinin fəaliyyəti, eləcə də mövsüm ərzində turistlərə göstəriləcək xidmətlər haqqında məlumatlandırmaqdır.

Mərkəzin rəhbəri Rodderich Lefflerin məlumatına görə bu il "Şahdağ" Turizm Mərkəzinə gələn turistlərin sayında 5%-dək artımın olması gözlənilir: "Bizim üçün qonaqların təhlükəsizliyi prioritet məsələdir. Bütün komandamız mövsümün açılışına qədər intensiv təlimlər keçib. Həmçinin kompleksin ərazisində 7 gün 24 saat ərzində fəaliyyət göstərən klinikamız var. Burada nəinki ilkin yardım göstərmək, hətta cərrahiyyə əməliyyatları aparmaq mümkündür. Onu da qeyd edim ki, qonaqlarımız kompleksin ərazisində istifadə etmək üçün əldə etdikləri keçid kartları həm də onların sığortalanması deməkdir".

Mərkəz rəsmisi əlavə edib ki, gələcəkdə bir neçə festivala ev sahibliyi etməyi planlaşdırırlar: "Gələn ilin avqustunda 2-3 gün ərzində davam edəcək DJ festivalını təşkil edəcəyik. 2021-ci il üçün isə "Yay festivalı"na ev sahibliyi etmək üçün danışıqlar aparırıq".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>