Azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətmiş sürücü tutulmuşdur- Rəsmi | SON XƏBƏR | SON XƏBƏR

Azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətmiş sürücü tutulmuşdur- Rəsmi

Azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətmiş  sürücü tutulmuşdur- Rəsmi

Abşeron rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində azyaşlıların zərər çəkdiyi yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü tutularaq istintaqa cəlb edilmişdir.

Baş Prokurorluğun Mətbuat Xidmətindən  Sonxəbər.info-ya  verilən məlumata görə, yanvarın 23-də saat 14 radələrində Xırdalan şəhəri ərazisində Cəmil Bəylərovun idarə etdiyi Mercedes-Benz markalı, 99-KR-546 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səki ilə hərəkət edən piyadalar – 2005-ci il təvəllüdlü Asu Səbzəliyeva və 2006-cı il təvəllüdlü Fidan Orucovanı vurub onlara bədən xəsarətləri yetirməsi faktına görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.

Cinayət işi üzrə hadisə yerinə baxış keçirilmiş, zəruri ekspertizalar təyin olunmuş və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilmişdir.

Aparılmış istintaqla hadisənin C.Bəylərov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutulmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>