Baş nazir: "Xəzər regionu ölkələri arasında əməkdaşlıq əhəmiyyətlidir" | SON XƏBƏR | SON XƏBƏR

Baş nazir: “Xəzər regionu ölkələri arasında əməkdaşlıq əhəmiyyətlidir”

Giorgi Qaxariya

“Xəzər regionu ölkələri arasında əməkdaşlıq böyük əhəmiyyət kəsb edir”.

“Report”un Davosa ezam olunmuş müxbiri xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri Giorgi Qaxariya İsveçrənin Davos şəhərində Böyük İqtisadi Forum çərçivəsində keçirilən "Xəzər Həftəsi: Qlobal İdeyalar Platforması"nda çıxışı zamanı söyləyib.

Baş nazir Gürcüstanın regiondakı mövqeyindən danışıb: “Biz hesab edirik ki, ölkəmiz Xəzər regionuna açılan qapıdır. Bu bizim üçün böyük əhəmiyyət daşıyan bir faktordur. Biz hesab edirik ki, ölkəmiz Avropa İttifaqı, Türkiyə, Çin və digər bu kimi iqtisadiyyatların ticarət məkanı üçün platforma rolunu oynaya bilər. Gürcüstan əhəmiyyətli mövqeyə malikdir. Biz bu resursdan vətəndaşların mənafeyi naminə necə yararlanmaq üzərində düşünürük. Bu məsələ Gürcüstan hökumətinin diqqətindədir“.

G.Qaxariya əlaqəli şəkildə fəaliyyət göstərməyin əhəmiyyətinə də toxunub: “Əlaqələrin qurulması bizim üçün böyük əhəmiyyət daşıyır. Bunun üçün biz burda, Davosdayıq. Burdayıq ki, regionumuzda, Gürcüstanda və Xəzər regionunda əlaqələrdən danışaq.“

Baş nazir Xəzər regionunda əməkdaşlığın vacib olduğunu deyib: “Xəzər regionu ölkələri arasında əməkdaşlıq əhəmiyyətlidir. Bu tədbir də bizim birgə fəaliyyətimizin bir hissəsidir. Mən fəxr hissi keçiriəm ki, bu gün burdayam və ölkəm bu regiona daxildir“, - G.Qaxariya bildirib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>