Cavid Qurbanov: “Ötən il BTQ ilə yükdaşımalar 42% artıb” | SON XƏBƏR | SON XƏBƏR

Cavid Qurbanov: “Ötən il BTQ ilə yükdaşımalar 42% artıb”

"2019-cu ildə Azərbaycanda dəmir yolu ilə yükdaşımalar 2018-ci ilə nisbətən 9,1% artıb".

Sonxəbər.info “Azərbaycan Dəmir Yolları” QSC-yə istinadən xəbər verir ki, bu barədə qurumun sədri Cavid Qurbanov kollegiya iclasında məlumat verib.

Onun sözlərinə görə, bu artım məhz qeyri-neft məhsullarının daşınması hesabına əldə olunub.

“Belə ki, hesabat ili ərzində qeyri-neft yüklərin tranzit daşımalarında ötən il ilə müqayisədə 39,2% artım müşahidə olunub. Tranzit rejimdə daşınmış yüklərin ümumi artım faizi isə 24,7% olub”, - C.Qurbanov qeyd edib.

Ölkəmizin beynəlxalq nəqliyyat layihələrində iştirakından danışan Cavid Qurbanov Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin əhəmiyyətinə diqqət çəkib. O, qeyd edib ki, bu istiqamətdə yük daşımalarında artım 42%-ə çatıb. Ölkəmizin tranzit nəqliyyat qovşağına çevrilməsində mühüm rol oynayan layihələrdən biri olan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara terminalı vasitəsilə daşınan yükün həcmi ötən dövrlə müqayisədə 38% artıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>