Hər 5 qadından 4-ü bunu etməyə çəkinir | SON XƏBƏR | SON XƏBƏR

Hər 5 qadından 4-ü bunu etməyə çəkinir

Hər 5 qadından 4-ü bunu etməyə çəkinir

Aparılan araşdırmanın nəticəsinə əsasən, hər beş qadından dördü kobud və ya nankor görünməkdən qorxduğu üçün maaşını müzakirə edə bilmir.

 Sonxəbər.info Publika.az-a istinadən  Avstraliyanın hüquq firmalarından olan “Slater and Gordon”un min qadın işçisi arasında həyata keçirdiyi araşdırmanın nəticəsini təqdim edir.

Nəticəyə görə, qadınların 82 faizi hansısa işə başlayan zaman daha yüksək maaş istəkləri ilə bağlı heç vaxt danışmadıqlarını bildirib. Onların yarısı maaş mövzusunda iş yoldaşları ilə söhbət etdiyini deyib. 27 faizi isə daha aşağı rütbəli kişi iş yoldaşlarının onlardan daha çox maaş aldıqlarını qeyd edib.

Qadınlar maaş istəməklə bağlı yaşadıqları problemi “əmək haqqının artdığı təqdirdə analıq məzuniyyəti və başqa haqlarının əllərindən alınmasından qorxmaları” ilə əlaqələndiriblər.

Qeyd edək ki, bir çox araşdırma nəticəsində məlum olub ki, gördükləri işlərin qarşılığında daha çox pul tələb edən qadınların 70 faizi istəklərinə demək olar ki, çatıb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>