İşçinin ölümünə görə şadlıq sarayının rəhbəri həbs edildi - RƏSMİ | SON XƏBƏR | SON XƏBƏR

İşçinin ölümünə görə şadlıq sarayının rəhbəri həbs edildi – RƏSMİ

Xaçmazda restoranda fəhlənin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən  Sonxəbər.info-ya  verilən məlumata görə, yanvarın 20-də Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü Rəşid Məmmədovun Xaçmaz şəhərində yerləşən “Aygün” şadlıq sarayında hündürlükdən yıxılaraq vəfat etməsi barədə daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunmuş, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan istintaqla fərdi sahibkarlıq fəaliyyəti məşğul olan 1960-cı il təvəllüdlü Bəxtiyar Əmrahovun müqavilə əsasında icarəyə götürdüyü həmin şadlıq sarayının təhlükəsizlik qaydalarına riayət etməsi cavabdehliyini öz öhdəsinə götürməklə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilən şəxs olaraq əmək müqaviləsi ilə fəhlə kimi işə götürülən Rəşid Məmmədovun həmin qaydaları pozaraq elektrik lampalarını yenisi ilə əvəz etdiyi çilçıraqları sarayın asma tavanına taxta nərdivanla qalxmasına qadağa qoymamasına və sonuncunun ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq vəfatına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

B.Əmrahova Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>