Nazirlik: Qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur | SON XƏBƏR | SON XƏBƏR

Nazirlik: Qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur

 

Respublika çaylarının sululuğu əsasən çay hövzələrində qış dövrü ərzində 1000-3500 m yüksəklidə qar ehtiyatları, onların temperaturdan asılı olaraq ərimə şiddətliyi və yaz dövründə düşən yağıntılar hesabına formalaşır.

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

O bildirib ki, adətən qış fəslində dağlıq və dağətəyi rayonlarda qar örtüyünün əmələ gəlməsi noyabr ayının sonu və dekabr ayının əvvəlində başlayır, mart ayında davam edir:

"Son illərdə qış dövrünün mülayim keçməsi və şaxtalı günlərin azalması nəticəsində qar ehtiyatlarının toplanmasında azalma tendensiyası müşahidə olunur.

Baxmayaraq ki, 2019-2020-ci illərin qış dövründə dağ və dağətəyi zonalarında qar örtüyünün yaranması 2019-cu ilin noyabr ayının 3-cü ongünlüyündə başlanmış və ayrı-ayrı günlərdə davam etsə də, təhlillər göstərir ki, qar ehtiyatı əvvəlki illərlə müqayisədə bu il də azdır. Bunu qonşu Türkiyə və Gürcüstanda Kür və Araz çaylarının hövzələrində toplanan qar ehtiyatları haqqında məlumatlar da təsdiq edir".

U. Tağıyeva bildirib ki, bu ilin yanvar ayının birinci yarısında respublikanın dağlıq ərazilərinə yağan qar örtüyünün orta hündürlüyü 4.7-9,4 sm (2019-cu ildə 6,5-23,3 sm) təşkil edib. Yağan qar örtüyünün hündürlüyü 2019-cu ilin müvafiq dövrünə yaxın olsa da, Naxçıvan MR-nin dağlıq ərazilərində az olub:

"2020-cu ilin yanvar ayının birinci yarısında dağlıq və dağətəyi rayonlarda düşən yağıntının miqdarı çoxillik normanın 9-58 faizini təşkil edib (2019-cu ildə 1-36 faiz)".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>