"Qarabağ" Qazaxıstan komandasını məğlub edib | SON XƏBƏR | SON XƏBƏR

“Qarabağ” Qazaxıstan komandasını məğlub edib

Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" növbəti yoxlama matçını keçirib.

Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Qazaxıstan təmsilçisi "Jetisu" ilə üz-üzə gəlib.

Qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə yeganə qolu 5-ci dəqiqədə Mahir Emreli vurub.

Qeyd edək ki, "Qarabağ" qonşu ölkədəki ilk sınağında Rumıniyanın "Akademika Klinçeni" klubu ilə bərabərə qalıb - 2:2.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>