Tripoli hava limanı fəaliyyətini bərpa edib | SON XƏBƏR | SON XƏBƏR

Tripoli hava limanı fəaliyyətini bərpa edib

Liviyanın paytaxtı Tripolinin "Mitigə" beynəlxalq hava limanı bu gün raket atəşi səbəbindən müvəqqəti bağlandıqdan sonra fəaliyyətini bərpa edib.

Bundan əvvəl raket zərbəsinə məruz qalan hava limanında təyyarələrin eniş-qalxışının dayandırıldığı xəbər verilmişdi. Paytaxtdakı Liviya Milli Uzlaşma Hökumətinin silahlı qüvvələrinin sözçüsü Məhəmməd Qanuno bununla bağlı Liviya Milli Ordusunu ittiham edərək hava limanına 6 ədəd “Qrad” raketinin atıldığını, bu kimi addımların tərəflər arasında atəşkəs tarazlaşmasına zidd olduğunu bildirmişdi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>