Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib | SON XƏBƏR | SON XƏBƏR

Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi obyektlərə baxış keçirib

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən şəxsi heyətin xidməti, eləcə də sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hərbi hissələrdə inşaat və təmir-bərpa işləri intensiv şəkildə davam etdirilir.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov tikintisi yekunlaşmaq üzrə olan hərbi hissələrdən birində olub.

Məruzə edilib ki, tikintisi qısa müddətdə sona çatdırılacaq qərargah binası, əsgər yataqxanaları, tibb məntəqəsi və digər obyektlər hərbi qulluqçuların yüksək səviyyədə xidməti-döyüş fəaliyyəti göstərmələri üçün nəzərdə tutulub.

Hərbi hissədə aparılan tikintinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması ilə əlaqədar müvafiq tapşırıqlar verib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>