SON XƏBƏR | Archive | Fevral

Home » 2020 » Fevral

Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaratdı

Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə əlaqədar qərargah yaratdı

© Edu.gov.az Respublikanın bütün təhsil müəssisələrinə fevralın 24-də verilmiş tapşırıq və təlimatlara əlavə olaraq, Təhsil Nazirliyi təhsil müəssisələrində koronavirus xəstəliyi təhlükəsinin yayılmasının qarşısının alınması, vəziyyətin nəzarətdə saxlanılması və profilaktik tədbirlərlə bağlı operativ məlumatlandırmanın təmin edilməsi məqsədilə 7/24 saat fəaliyyət göstərən qərargah təşkil edib. Sonxəbər.info “Report”a istinad xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Qeyd olunur […]

Bu ildən məktəblərdə şəhadətnamə attestatla əvəz ediləcək

Bu ildən məktəblərdə şəhadətnamə attestatla əvəz ediləcək

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Dəyişikliklə ümumtəhsil məktəbinin X sinfinə qəbul üçün əsas sənəd ümumi orta təhsil haqqında attestat hesab edilir. Qeyd olunub ki, eyni zamanda tam orta təhsil səviyyəsində təhsil təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) təşkil olunur. Təmayül sinifləri şagirdlərinin sayı ən azı 15 […]

AZAL Tehrana uçuşları dayandırdı

AZAL Tehrana uçuşları dayandırdı

Mövcud epidemioloji vəziyyətlə əlaqədar “Azərbaycan Hava Yolları” QSC (AZAL) İrana uçuşları dayandırır. Bu barədə “Report”a AZAL-dan məlumat verilib. Bildirilib ki, bu gün axşam aviaşirkətin aşağı büdcəli törəməsi “Buta Airways” İmam Xomeyni adına hava limanından sərnişinsiz qayıdaraq Bakı-Tehran istiqaməti üzrə son J2-9005 nömrəli reysini yerinə yetirəcək. Həmçinin “İran Air” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları dayandıracaq.

Məktəblərdə psixoloq ştatının sayı müəyyənləşib

Məktəblərdə psixoloq ştatının sayı müəyyənləşib

Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib: – şagird sayı 1 000-dək olduqda, 1 vahid; – şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid; – şagird sayı 3 […]

Bakı Limanı dezinfeksiya tədbirlərinə başladı

Bakı Limanı dezinfeksiya tədbirlərinə başladı

Bakı Limanı ötən ilin sonunda Çində aşkar edilmiş koronavirus epidemiyasından qorunmaq məqsədi ilə gücləndirilmiş rejimində dezinfeksiya tədbirlərinə başlayıb. Bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin açıqlamasında bildirilir. Məlumatda həmçinin deyilir ki, sərnişinlərin və yüklərin daxil olma məntəqəsində, Bakı Limanının İnzibati binaları (həm Bakıda, həm də Ələt qəsəbəsində yerləşən), bütün terminallar və anbarlarda dezinfeksiya tədbirləri həyata […]

Azərbaycanda koronavirus aşkarlanan şəxslərin sayı 3-ə çatdı

Azərbaycanda koronavirus aşkarlanan şəxslərin sayı 3-ə çatdı

Nazirlər Kabineti yanında operativ qərargah koronavirus şübhəsi ilə karantində olan şəxslər barədə növbəti dəfə məlumat yayıb. Operativ qərargahdan “Report”a bildirilib ki, İran İslam Respublikasından qayıdan iki Azərbaycan vətəndaşında koronavirus xəstəliyinin əlamətləri müşahidə edilib. Müvafiq qaydalara uyğun olaraq, həmin şəxslər xəstəxananın xüsusi rejimli infeksion boksunda yerləşdirilib. Aparılmış müayinələr nəticəsində onlarda koronavirusa yoluxma faktı qeydə alınıb. Hazırda pasiyentlərin […]

Bakıda narkotik satışı ilə məşğul olan şəbəkə üzvləri saxlanıldı

Bakıda narkotik satışı ilə məşğul olan şəbəkə üzvləri saxlanıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri saxlanılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən  verilən məlumata görə, paytaxtın Nizami rayonunda həyata keçirilən tədbir zamanı əvvəlcə Fizuli Qarayev tutulub. Onun üzərində şəxsi axtarış aparılan zaman 4,311 qram narkotik vasitə – heroin aşkar olunub. F.Qarayev […]

Bakıda gənc qadın pnevmoniyadan öldü

Bakıda gənc qadın pnevmoniyadan öldü

Bakıda 26 yaşlı qadın pnevmoniyadan dünyasını dəyişib. TƏBİB-dən  verilən məlumata görə, qadın gecə saatlarında ağır vəziyyətdə təcili tibbi yardımla Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. “Xəstəxanaya çatdırıldıqdan 40 dəqiqə sonra dünyasını dəyişib. İlkin diaqnoza əsasən, ölümə səbəb ikitərəfli bronxit pnevmoniya, ağciyər-ürək çatışmazlığı və ağciyər ödemidir. Hazırda meyit ekspertizaya verilib və daha dəqiq diaqnoz […]

Martın ilk gününün hava proqnozu açıqlanıb

Martın ilk gününün hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  Sonxəbər.info-ya  verilən məlumata görə, martın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman, şimal-qərb küləyi gündüz güclü olacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 8-11° isti, Bakıda gecə 5-7° isti, gündüz 9-11° isti […]

Kürdəmir və İsmayıllı sakinlərindən ov tüfəngi götürüldü

Kürdəmir və İsmayıllı sakinlərindən ov tüfəngi götürüldü

Kürdəmir və İsmayıllı rayon sakinlərində ov tüfəngi aşkarlanıb. Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. Belə ki, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Topalhəsənli kənd sakini A.Dəmirovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi götürülüb. Bundan başqa, İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən Ruşan kənd sakini P.Məmmədovdan müvafiq sənədləri olmayan İJ markalı ov tüfəngi götürülüb.

Page 1 of 69123Next ›Last »