Azərbaycan Premyer Liqasının intizamlı və intizamsız klubları bəlli oldu | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan Premyer Liqasının intizamlı və intizamsız klubları bəlli oldu

Futbol üzrə Azərbaycan Premyer Liqasının ən intizamsız və intizamlı klubları müəyyənləşib.

Bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzinin (CİES) hesabatında bildirilir. Çempionatın ən intizamsız komandası "Sumqayıt"dır. "Gənclik şəhəri" təmsilçisinə hər oyuna ortalama 3.65 vərəqə düşüb. Bunların 3.47-si sarı, 0,18-i isə qırmızıdır.

Ən intizamlı komanda isə "Qarabağ"dır. Ağdam təmsilçisinin oyunçuları ortalama hər oyuna 2 vərəqə (0,6 qırmızı, 1.94 sarı) alıblar.

1. "Sumqayıt" - 3.65 (3.47 sarı; 0.18 qırmızı)

2. "Qəbələ" - 3.47 (3.23 sarı; 0.24 qırmızı)

3. "Zirə" - 3.29 (3.11 sarı; 0.18 qırmızı)

4. "Neftçi" - 2.82 (2.64 sarı; 0.18 qırmızı)

5. "Keşlə" - 2.82 (2.64 sarı; 0.18 qırmızı)

6. "Sabah" - 2.76 (2.58 sarı; 0.18 qırmızı)

7. "Səbail" - 2.35 (2.23 sarı; 0.12 qırmızı)

8. "Qarabağ" - 2 (1.94 sarı; 0.06 qırmızı)


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>