Bakı Limanı dezinfeksiya tədbirlərinə başladı | SON XƏBƏR | SON XƏBƏR

Bakı Limanı dezinfeksiya tədbirlərinə başladı

Bakı Limanı ötən ilin sonunda Çində aşkar edilmiş koronavirus epidemiyasından qorunmaq məqsədi ilə gücləndirilmiş rejimində dezinfeksiya tədbirlərinə başlayıb.

Bu barədə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, sərnişinlərin və yüklərin daxil olma məntəqəsində, Bakı Limanının İnzibati binaları (həm Bakıda, həm də Ələt qəsəbəsində yerləşən), bütün terminallar və anbarlarda dezinfeksiya tədbirləri həyata keçirilir. Liman ərazisinə daxil olan sərnişinlər və yüklər mütləq şəkildə xüsusi stasionar və mobil avadanlıq vasitəsi ilə yoxlanılır və yalnız yoxlanışdan sonra Liman ərazisinə girişə icazə verilir. Limanda daimi olaraq təcili tibbi yardım avtomobili də fəaliyyət göstərir.

Qabaqlayıcı tədbirlərin görülməsi və məlumatlandırma məqsədilə (055) 450 78 84 nömrəli qaynar xətt fəaliyyət göstərir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>