Bakıda fəhlə faciəli şəkildə öldü | SON XƏBƏR | SON XƏBƏR

Bakıda fəhlə faciəli şəkildə öldü

Bakıda fəhlə yük avtomobilinin altına qalaraq vəfat edib.

Hadisə fevralın 22-də, paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, qara metal qırıntıları qəbulu məntəqəsində fəhlə işləyən 1977-ci il təvəllüdlü Zaur Səlimov avtomobillərə yük yükləyən zaman 1973-cü il təvəllüdlü Eldar Nəcəfovun idarə etdiyi “KamAZ-55111” markalı yük maşınının altında qalaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>