Bakıda toz dumanı müşahidə olunur | SON XƏBƏR | SON XƏBƏR

Bakıda toz dumanı müşahidə olunur

"Hazırda Bakı və Abşeron yarımadasında müşahidə olunan toz dumanı lokal xarakter daşıyır".

Bunu Ətraf Mühit üzrə Milli Monotorinq Departamentinin direktoru Ramal Bağırov bildirib.

Onun sözlərinə görə, buna səbəb dünənki külək nəticəsində atmosferin yuxarı qatına qalxmış tozun səhər saatlarında müşahidə olunan duman və nisbi rütubətin yüksək olması ilə əlaqədar atmosferin aşağı qatına enməsidir: "Hazırda tozun miqdarı sanitar normadan 2.6 dəfə çoxdur. Tozlu hava şəraitinin günün sonunadək müşahidə olunacağı ehtimal olunur".


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>