Hil faydalı ədviyyatlardan biridir | SON XƏBƏR | SON XƏBƏR

Hil faydalı ədviyyatlardan biridir

Hil sağlamlıq üçün faydalı bitkilərdən biridir. Ağ və tünd yaşıl rəngdə olan hil çaya və yeməyə qarışdırılaraq istifadə olunur. Tünd yaşıl hilin faydası çox böyükdür. Mədə turşuluğunun aradan qaldırılmasında, qastrit və qıcqırma zamanı həmin ədviyyatdan geniş istifadə edilməsi məsləhətdir.

AZƏRTAC tibbi mənbələrə istinadla xəbər verir ki, dünyada geniş yayılan hili çox vaxt “kralların ədviyyatı” adlandırırlar. Orta əsrlərdə Avropada hil dərman hesab olunub və apteklərdə satılırdı. Hil Hindistanda və Çində çaya əlavə olunaraq içilir.

Hil xüsusilə həzm sistemi üçün xeyirlidir. Məhz buna görə bəzi Şərq ölkələrində hil toxumları yeməkdən sonra çeynənilir. Ağızdan gələn pis qoxunu yox edir, ürəkbulanmanı aradan qaldırır, iştahanı artırır, mübadilə prosesini yaxşılaşdırır, köplə mübarizə aparır. Artıq çəkidən azad olmaq üçün də hil çox faydalı vasitələrdən biridir.

Təbii antiseptikdir, soyuqdəymə zamanı onu çay və suya atıb xəstəyə vermək çox müsbət təsir göstərir. Boğaz ağrıları zamanı hil dəmləmələri ilə qarqara çox yaxşı təsirə malikdir. Diş ağrılarını azaldır, ürəyin fəaliyyətini yaxşılaşdırır.

Hilin aromatik yağlarını suya əlavə edib vanna qəbul olunması həm stress və gərginliyi aradan qaldırır, həm də əsəbləri sakitləşdirir.

Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləmək və yatmazdan 1 saat əvvəl içmək yuxunu rahatlaşdırır. İnfeksion xəstəliklər zamanı da hil çayı içmək orqanizmə müsbət təsir göstərir.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>