Kürdəmir və İsmayıllı sakinlərindən ov tüfəngi götürüldü | SON XƏBƏR | SON XƏBƏR

Kürdəmir və İsmayıllı sakinlərindən ov tüfəngi götürüldü

Kürdəmir və İsmayıllı rayon sakinlərində ov tüfəngi aşkarlanıb.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Kürdəmir Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşları tərəfindən Topalhəsənli kənd sakini A.Dəmirovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Bundan başqa, İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən Ruşan kənd sakini P.Məmmədovdan müvafiq sənədləri olmayan İJ markalı ov tüfəngi götürülüb.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>