Məktəblərdə psixoloq ştatının sayı müəyyənləşib | SON XƏBƏR | SON XƏBƏR

Məktəblərdə psixoloq ştatının sayı müəyyənləşib

Nazirlər Kabineti ümumi təhsil müəssisələrində psixoloq ştatının sayının müəyyən edilməsi haqqında qərar verib.

Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.

Qərarla dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində psixoloq ştatının sayı aşağıdakı kimi müəyyən edilib:

- şagird sayı 1 000-dək olduqda, 1 vahid;

- şagird sayı 1 000-dən 3 000-dək olduqda, 2 vahid;

- şagird sayı 3 000-dən çox olduqda, 3 vahid.

Qeyd olunub ki, özəl ümumi təhsil müəssisəsində psixoloq ştatının sayı həmin təhsil müəssisəsinin ali idarəetmə orqanı tərəfindən müəyyən olunur.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>