SON XƏBƏR | Archive | Fevral | 2

Home » 2020 » Fevral (Page 2)

İş yerlərində koronavirusla bağlı görülməli olan qabaqlayıcı tədbirlər

İş yerlərində koronavirusla bağlı görülməli olan qabaqlayıcı tədbirlər

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVİD-19 yeni koronavirusun iş yerlərində yayılmasının qarşısını almaqla bağlı müvafiq tövsiyələrini açıqlayıb. Bu tövsiyələr həmçinin qrip və başqa yoluxucu xəstəliklərin də yayılmasına qarşı səmərəli ola bilər. Həmin tövsiyələrə qabaqcadan, yəni koronavirusa yoluxma halını gözləmədən əməl olunmasının mühüm əhəmiyyət daşıdığı da vurğulanır. 1. İş yerinizin təmiz və səliqəli olduğuna fikir verin Masanın […]

Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan geri qayıtdı

Bakıdan Ankaraya uçan təyyarə yarı yoldan geri qayıtdı

Bu gün saat 10:35-də Bakıdan Ankaraya yola düşən “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-003 nömrəli reysinin kapitanı texniki səbəblərə görə Heydər Əliyev Beynəlxalq Aeroportuna qayıtmağa qərar verib. Bu barədə “Report”a AZAL-dan məlumat verilib. Bildirilib ki, təyyarə saat 11:05-də Bakının hava limanına uğurlu eniş edib. İlkin məlumata görə, reys saat 12:30-a qədər gecikir.

Azərbaycanda koronavirusa yoluxmuş xəstənin son durumu açıqlandı

Azərbaycanda koronavirusa yoluxmuş xəstənin son durumu açıqlandı

Nazirlər Kabineti yanında operativ qərargah Azərbaycanda koronavirus faktı aşkarlanmış xəstənin son durumu ilə bağlı məlumat yayıb. Operativ qərargahdan “Report”a bildirilib ki, koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hazırda stabildir: “Heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir”.

Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır

Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır

Qoşunların 2020-ci tədris ilinin hazırlıq planına uyğun olaraq, martın 2-də Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi altında keçiriləcək təlimlər informasiya texnologiyalarının geniş tətbiqi, həmçinin heyətlərin, vaxt göstəriciləri və qəbul edilən qərarların icrası planlarının yoxlanılmasının müvafiq idarəetmə orqanları ilə dəqiqləşdirilməsi ilə ərazi, […]

Azərbaycanın xalq artisti vəfat etdi

Azərbaycanın xalq artisti vəfat etdi

Ağaxan Salmanlı Azərbaycanın tanınmış teatr və kino aktyoru, Xalq artisti Ağaxan Salmanlı vəfat edib. Gənc Tamaşaçılar Teatrının aktyoru bu gün səhər saatlarında 78 yaşında dünyasını dəyişib. İş yoldaşı, Əməkdar artist İlham Əsədov “Report”a bildirib ki, ötən gün – fevralın 28-də A.Salmanlının nəvəsinin toyu olub. O, dostları ilə birlikdə nəvəsinin toyunda iştirak edib. A.Salmanlı bu gün Gənc Tamaşaçılar Teatrının səhnəsində növbəti […]

Ermənilər atəşkəsi yenə pozdu

Ermənilər atəşkəsi yenə pozdu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Ermənistan Respublikası Noyemberyan rayonunun Berdavan, Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Aşağı Əskipara, Qızılhacılı kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk […]

Dünyanın ən tanınmış sevgi romanları

Dünyanın ən tanınmış sevgi romanları

Dünyada ən çox oxunan  sevgi romanlarını təqdim edirik. Rəşad Nuri Güntəkin: “Çalı quşu” Romanda əsərin qəhrəmanı Fəridənin simasında çətin həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sadiq olan əsl türk qızının obrazı bədii ustalıqla qələmə alınıb. Fəridə dəlicəsinə aşiq olsa da, taleyin sınaqlarına hazır olmadığı üçün uzun illər çıxış yolunu Kamrandan qaçmaqda görür. Lakin bu məhəbbət onunla […]

Məktəblərdə dərslər dayandırıla bilərmi? – RƏSMİ AÇIQLAMA

Məktəblərdə dərslər dayandırıla bilərmi? – RƏSMİ AÇIQLAMA

Azərbaycan Təhsil Nazirliyi koronavirus təhlükəsinə görə ümumi təhsil müəssisələrində dərslərin dayandırılacağı ehtimalı ilə bağlı açıqlama verib. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Cəsarət Valehov məsələ ilə bağlı bunları bildirib: “Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi […]

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Prezident hərbi xidmətə çağırışla bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2020-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. “Report” xəbər verir ki, sərəncamla 2002-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1985–2001-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının […]

İspaniyada koronavirusa yoluxanların sayı artır

İspaniyada koronavirusa yoluxanların sayı artır

İspaniyada koronavirusa təsdiqlənmiş yoluxma halları 32-ə çatıb. Səhiyyə Nazirliyinin “Twitter”də paylaşdığı məlumata görə bu sıraya yoluxmuş və sonra da sağalan iki əcnəbi də daxildir. Belə ki, hazırkı vəziyyətə görə, Valensiya muxtariyyətində 8 nəfər, Kanar adalarında və Andalusiyada hərəsinə altı nəfər, paytaxt Madriddə isə 5 nəfər yoluxan var.