Mart 2, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 02

 Koronavirusdan qorunmaq elə də çətin deyil (VİDEO)

 Koronavirusdan qorunmaq elə də çətin deyil (VİDEO)

”Koronavirusdan qorunmaq elə də çətin deyil” adlı maarifləndirici videoçarxı təqdim edir:

 İsmayıllıdakı ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutulmuşdur

 İsmayıllıdakı ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədən sürücü tutulmuşdur

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi (DİN) İsmayıllı rayonundakı ağır yol-nəqliyyat hadisəsi ilə bağlı birgə məlumat yayıb. Sonxəbər.info  xəbər verir ki, birgə məlumatda deyilir: Martın 2-də Muğanlı-İsmayıllı avtomobil yolunun İsmayıllı rayonu ərazisində Şöhrət Dünyamalıyevin idarə etdiyi “QAZ-2705” markalı 23-BG-086 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Musa İsmayılzadənin idarə etdiyi “VAZ-21074” markalı 10-EZ-877 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması […]

Təhsil nazirinin müşaviri: “Məktəblərlə bağlı qərar pedaqoji kollektivə də aiddir”

Təhsil nazirinin müşaviri: “Məktəblərlə bağlı qərar pedaqoji kollektivə də aiddir”

“Martın 3-dən 9-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması qərarı tək şagirdlərə deyil, eləcə də pedaqoji kollektivə də aiddir”. Bunu Təhsil nazirinin müşaviri Elnur Məmmədov deyib. O qeyd edib ki, qərar bütün dövlət və özəl ümumtəhsil müəssisələrinə, ali və orta ixtisas təhsili, peşə müəssisələri və məktəbdənkənar fəaliyyətlə məşğul olan bütün təhsil ocaqlarına aiddir. Nazirin […]

Dövlət başçısı yeni sərəncam imzaladı

Dövlət başçısı yeni sərəncam imzaladı

Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi təsdiqlənib. Bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında” sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamla Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibi […]

Zakir Həsənov tapşırıq verdi

Zakir Həsənov tapşırıq verdi

Genişmiqyaslı komanda-qərargah təlimlərinə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşun növlərinin komandanları, birlik komandirləri və müvafiq vəzifəli şəxslərin ümumqoşun əməliyyatlarının aparılması zamanı fəaliyyətlərin təşkili üzrə qəbul edilən qərarlara dair məruzələri dinləyib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Müdafiə naziri təlimdə iştirak edən qoşunların idarə olunması üzrə müvafiq tapşırıqlar verib.

Bakı metrosunda koronavirusla bağlı “Qaynar xətt” yaradıldı

Bakı metrosunda koronavirusla bağlı “Qaynar xətt” yaradıldı

Fevralın 21-dən “Bakı Metropoliteni” QSC-nin bütün obyektlərində və qatarlarda koronovirus infeksiyasına qarşı əks-epidemik profilaktik tədbirlər – dezinfeksiya işləri aparılmaqdadır. Məlumatda deyilir ki, müvafiq lisenziyası olan şirkətlə bağlanmış müqaviləyə uyğun olaraq, hazırlanan tədbirlər planına əsasən, “Bakı Metropoliteni”nin müvafiq struktur vahidi işçilərinin nəzarəti altında şirkət tərəfindən “Nərimanov” elektrik deposunda qatarların ətraflı dezinfeksiyası tam olaraq yerinə yetirilib və ikinci dövrə […]

Prezident qazlaşdırma üçün 9 milyon manat ayırdı

Prezident qazlaşdırma üçün 9 milyon manat ayırdı

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda Gəncə şəhərinin, Daşkəsən, Göygöl və Samux rayonlarının ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin (siyahı əlavə olunur) qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya […]

Universitet, məktəb və bağçalarda təlim-tədris dayandırıldı – RƏSMİ

Universitet, məktəb və bağçalarda təlim-tədris dayandırıldı – RƏSMİ

Koronavirus (COVİD – 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir. Nazirlər Kabinetinin yanında Operativ qərargahdan “Report”a bildirilib ki, yoluxma hallarının qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 3-dən 9-dək (ilk […]

Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır – VİDEO

Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır – VİDEO

Genişmiqyaslı komanda-qərargah təlimlərinin planına əsasən, həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq, gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.  

Prezident Xətainin heykəlinin köçürüldüyü parkda olub

Prezident Xətainin heykəlinin köçürüldüyü parkda olub

Martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parkda olub. Prezident İlham Əliyev Mərkəzi Neftçilər Xəstəxanasının yanında Şah İsmayıl Xətainin heykəlinin köçürüldüyü yeni salınmış parka gəlib. Dövlət başçısı heykəlin önünə gül dəstələri qoyub. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov burada görülən işlər barədə məlumat verib. Qeyd edək ki, tarixi şəxsiyyət […]

Page 1 of 3123