Mart 3, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 03

Prezident Qazax rayonuna səfərə gedib – FOTO

Prezident Qazax rayonuna səfərə gedib – FOTO

Martın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazax rayonunda səfərdə olub. Dövlət başçısı Qazax şəhərində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Generallar Od çərşənbəsini əsgərlərlə birlikdə qeyd etdi – FOTO – VİDEO

Generallar Od çərşənbəsini əsgərlərlə birlikdə qeyd etdi – FOTO – VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən nazirliyin rəhbər heyəti Od çərşənbəsi və hərbi hissənin yaranmasının 28-ci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Xalqımızın milli-mənəvi dəyərlərini və qədim ənənələrini özündə əks etdirən Novruz bayramı ərəfəsində şəxsi heyətlə görüşən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev bayram şənliyində iştirak […]

Prezident koronavirusa görə karantində qalan vətəndaşlardan danışdı

Prezident koronavirusa görə karantində qalan vətəndaşlardan danışdı

“Bir daha Azərbaycan ictimaiyyətini əmin etmək istəyirəm ki, Azərbaycan hökuməti bütün lazımi tədbirləri görür. Bu günə olan mənzərəyə görə, narahatlığa heç bir ciddi əsas yoxdur”. Bu fikirləri Prezident İlham Əliyev Goranboy Rayon Mərkəzi Xəstəxanasının kolllektivi ilə görüşdə çıxışı zamanı bildirib. Dövlət başçısı deyib: “Karantində qalan vətəndaşların mütləq əksəriyyətində hələ ki, heç bir xəstəlik əlaməti aşkarlanmayıb. Əgər onların […]

Şəmkirdə 18 subartezian quyusu qazılacaq – SƏRƏNCAM

Şəmkirdə 18 subartezian quyusu qazılacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev Şəmkir rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda Şəmkir rayonunun əhalisi 75563 nəfər olan 15 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi […]

Goranboyda 43 subartezian quyusu qazılacaq – SƏRƏNCAM

Goranboyda 43 subartezian quyusu qazılacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev Goranboy rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda Goranboy rayonunun əhalisi 70278 nəfər olan 31 yaşayış məntəqəsində (siyahı əlavə olunur) əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi […]

Prezident 4 rayonda qazlaşdırılma işlərinə vəsait ayırdı

Prezident 4 rayonda qazlaşdırılma işlərinə vəsait ayırdı

Prezident İlham Əliyev Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda Ağstafa, Gədəbəy, Şəmkir və Tovuz rayonlarında ərazi vahidlərinin, o cümlədən yeni yaşayış massivlərinin qazlaşdırılması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.1-ci yarımbəndində […]

“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib

“Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib

Martın 3-də “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə kompleks barədə məlumat verib. Dövlətimizin başçısı kompleksin işə salınmasını bildirən düyməni basıb. Sonra Prezident İlham Əliyev kompleksin kollektivi ilə görüşüb. Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev Şəmkir rayonuna səfərə gedib

Prezident İlham Əliyev Şəmkir rayonuna səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Şəmkir rayonuna səfərə gedib. Dövlət başçısı əvvəlcə Şəmkir şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov rayonda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Zakir Həsənov ön idarəetmə məntəqəsində olub – VİDEO

Zakir Həsənov ön idarəetmə məntəqəsində olub – VİDEO

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov genişmiqyaslı komanda-qərargah təlimlərinin növbəti mərhələsində səhra şəraitində yaradılan ön idarəetmə məntəqəsində olub. Bu barədə  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Ön idarəetmə məntəqəsində videokonfrans vasitəsilə Müdafiə nazirinə təlimin hazırkı vəziyyətilə bağlı məruzələr edilib. Sonda Müdafiə naziri əsas və ehtiyat idarəetmə məntəqələrində yaradılmış qrupların fəaliyyətini izləyib.  

Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Təhsil Nazirliyi valideynlərə müraciət etdi

Təhsil Nazirliyi koronavirus təhlükəsi ilə bağlı valideynlərə müraciət edib. “Report” Nazirliyin “Telegram” səhifəsinə istinadən məlumat verir ki, valideynlərdən təhsil müəssisələrində tədris dayandırıldığı müddətdə (3-9 mart) bir sıra tövsiyələri nəzərə almaları xahiş olunub. Tövsiyələr aşağıdakılardır: 1. Ev şəraitində əsas profilaktik tədbirlərə ciddi riayət edin (sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun, soyuqdəymə və […]

Page 1 of 3123