Mart 4, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 04

Prezident: “Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik”

Prezident: “Biz hər il 100 min artan əhalini gələcəkdə iş yerləri ilə təmin etməliyik”

“Sahibkarlığın inkişafı bundan sonra ölkəmizin inkişafının əsas şərti olacaq. Çünki dövlət xətti ilə icra edilən əsas infrastruktur layihələri başa çatmaq üzrədir. Ona görə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması – bütün bunlar dövlət siyasətimizin tərkib hissəsidir. İnvestorlar da belə gözəl müəssisələrin yaradılması ilə digər sahibkarlara da yol göstərirlər ki, gəlin, siz də […]

Prezident məmurlara növbəti dəfə nümunə oldu – VİDEO

Prezident məmurlara növbəti dəfə nümunə oldu – VİDEO

Ölkə başçısı martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında “ASAN xidmət” könüllüləri və əməkdaşları ilə görüşündə onun üçün qoyulmuş xüsusi kresloya irad bildirərək, onu adi stulla əvəzlədib. Prezident bildirib: “Mənə belə xüsusi kreslo qoymusuz, adi stuldan yoxdur? Götürün. Belə şeylərə yol vermək olmaz. Qətiyyən”. Sujet AzTV-nin “Xəbərlər” proqramında yayımlanıb.

İmmuniteti gücləndirən qidalar

İmmuniteti gücləndirən qidalar

Qışda orqanizmin immun sistemi zəifləyir və xəstəliklər yaranır. İmmuniteti gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Həkimlər daha çox süd və süd məhsulları, dənli və paxlalı bitkilərlə qidalanmağı tövsiyə edirlər. Xüsusilə də lobya güclü immunomodulyator sayılır. Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva AZƏRTAC-a deyib: “Dəniz məhsullarının bütün növləri və badam qəbul etmək […]

Şrekin gerçək üzü – “Fransız mələyi”

Şrekin gerçək üzü – “Fransız mələyi”

Mauris Tillet (1903-1954) Rusiyada fransız ailəsində doğulmuş peşəkar güləşçidir. O daha çox “Fransız mələyi” ləqəbi ilə tanınırdı. 20 yaşında akromeqaliya, yəni sümüklərin normadan artıq böyüməsi və çəki artması diaqnozu qoyulan Tilleti vəkil olmaq istəyindən də məhz bu hal yayındırmışdı. “Bəlkə də belə bir üz ilə mən vəkil ola bilərdim, lakin mənim səsim eşşək nəriltisi kimidir. […]

Baş infeksionist: “Sağlam insanların maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur”

Baş infeksionist: “Sağlam insanların maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur”

 “Əslində, sağlam insanların maska taxaraq küçədə gəzməsinə ehtiyac yoxdur. Maskaları xəstələrlə təmasda olan səhiyyə işçiləri və xəstələr taxmalıdırlar”. Sonxəbər.info  xəbər verir ki, bunu Trend-ə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. Onun sözlərinə görə, maskaların insanları xəstəlikdən qoruması barədə rəy yanlışdır. İnsanlar arasında belə fikrin formalaşması həm də maska qıtlığının yaranmasına səbəb olur. C.İsayev bildirib ki, xəstəliyin […]

Azərbaycan koronavirusun qarşısını almaq üçün bu addımları atdı

Azərbaycan koronavirusun qarşısını almaq üçün bu addımları atdı

Azərbaycan Çində başlanan və sərhədlərimizə (İran) gəlib çıxan koronavirusun yayılmasının qarşısını almaq istiqamətində tədbirlərini davam etdirir. Virusun yayılmağa başladığı ilk gündən Azərbaycan hökuməti müvafiq addımlar atdı. Koronavirusa ilk yoluxma halı müəyyənləşən kimi Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müvafiq məlumat verilməklə düzgün addım atıldı. ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı İTV-yə müsahibəsində bu məqamı xüsusi vurğulayıb. Proseslər göstərdi […]

Səyyar avtobuslarda dezinfeksiya işləri aparılıb

Səyyar avtobuslarda dezinfeksiya işləri aparılıb

Koronavirus (Covid-19) və digər yoluxucu xəstəliklərə qarşı profilaktik tədbirlərin görülməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşların daha çox müraciət etdiyi Əmlak Xidmətləri Məkanında dezinfeksiya işləri aparıb. Bununla yanaşı, vətəndaşların ünvanlarında xidmət göstərən səyyar avtobuslar da dezinfeksiya olunub. Qeyd edək ki, “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində hər həftə müxtəlif ünvanlarda vətəndaşlara xidmət […]

Polad Bülbüloğlu Rusiyanın Baş prokuroruna məktub ünvanlayıb

Polad Bülbüloğlu Rusiyanın Baş prokuroruna məktub ünvanlayıb

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 1990-cı ilin 20 yanvar hadisələrinin açıq təhrif olunması ilə bağlı Rusiya Baş prokuroruna müraciət edib. Trend bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətinə istinadən məlumat verir. Məlumatda qeyd olunur ki, “Tsarqrad TV” informasiya-analitik telekanalının saytında bu ilin fevralın 26-da nəşr olunan, Vladimir Xomyakovun müəllifi olduğu “Ruslar, getməyin, bizə qullar və […]

Restoranda uşağına süd verən model bu dəfə elə bir şey etdi ki… – FOTO

Restoranda uşağına süd verən model bu dəfə elə bir şey etdi ki… – FOTO

Qısa zaman əvvəl ana olan məşhur model Eşli Qrem sosial şəbəkə paylaşımı ilə növbəti dəfə gündəmə gəlib.  32 yaşlı model yeni dünyaya gələn oğlu ilə birlikdə alış-verişə çıxıb. Eşli Qrem ofis ləvazimatları satılan mağazada oğlunun bezini dəyişdirib. Cazibədar model həmin vaxt çəkilmiş fotosunu “Instagram” hesabında paylaşıb. Onun “Instagram” paylaşımı 900 min dəfə bəyənilib. Qeyd edək […]

Dünyada çimərliklər yoxa çıxa bilər

Dünyada çimərliklər yoxa çıxa bilər

İqlim dəyişikliyi səbəbindən 2100-cü il üçün Yer üzərində mövcud olan çimərliklərin sayı kəskin azala bilər. Avropa Komissiyasının Birləşmiş Tədqiqat Mərkəzinin tədqiqatçıları belə qənaətə gəliblər. Alimlərin fikrincə, hətta çirklənmələrin qarşısı alınsa belə, çimərliklərin sayının yarıbayarı azalması gözlənilir ki, bu da, öz növbəsində, turizmə böyük ziyan vuracaq. Tədqiqatların nəticələrinə görə, daha çox Avstraliya ziyan görəcək. Növbəti 60 ildə […]

Page 1 of 3123