Mart 6, 2020 | Page 2 of 3 | SON XƏBƏR | SON XƏBƏR | 2

Home » 2020 » Mart » 06 (Page 2)

Bu tarixdə iş olmayacaq

Bu tarixdə iş olmayacaq

 8 Mart – Beynəlxalq Qadınlar Günü ilə əlaqədar martın 9-u ölkədə iş günü deyil. Bu il 8 Mart – Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf edir. Əmək Məcəlləsinə əsasən, 8 Mart – Beynəlxalq Qadınlar Günü bazar gününə təsadüf etdiyindən martın 9-u qeyri-iş günüdür.

Elçiliyə gedən ailə Masallıda qəzaya düşdü: 3 ölü, 3 yaralı

Elçiliyə gedən ailə Masallıda qəzaya düşdü: 3 ölü, 3 yaralı

Masallı rayonunda “Niva” aşıb. Hadisə rayonun Güllütəpə kəndində baş verib. Qəza nəticəsində 3 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qəzada ölən və yaralananlar bir ailənin üzvləri olublar. “Niva” Yardımlı rayonuna gedərkən dağa qalxanda maşın aşaraq sıldırımdan dərəyə yuvarlanıb. Qəza nəticəsində sürücü, Bakı şəhər sakini, 1988-ci il təvəllüdlü Şirəliyev […]

Bu ildən AMEA-da doktoranturada təhsil ödənişli əsaslarla da həyata keçiriləcək

Bu ildən AMEA-da doktoranturada təhsil ödənişli əsaslarla da həyata keçiriləcək

 Bu ildən ilk dəfə olaraq, Azərbaycan Milli Elmlər Akademiyası sistemindəki elmi müəssisələrdə doktoranturada təhsil ödənişli əsaslarla da həyata keçiriləcək. Bunu Trend-ə AMEA-nın akademik-katibi və müxbir üzvü Əminağa Sadıqov deyib. İndiyədək doktoranturada ödənişli təhsilin olmadığını deyən Ə.Sadıqov bildirib ki, mövcud qanunvericliyə uyğun olaraq, təhsil haqları elmi müəssisələrin özləri tərəfindən müəyyən edilir. Təhsil haqları bu və ya digər […]

Bakı polisində yeni təyinat oldu

Bakı polisində yeni təyinat oldu

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin vəzifəli şəxsi, polis polkovnik-leytenantı Tərlan Zeynalovu vəzifəsindən azad edib. V.Eyvazovun əmri ilə Tərlan Zeynalov Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Təhqiqat şöbəsinin rəisi təyin olunub. BŞBPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev “Report”a faktı təsdiqləyib.

Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 7-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 11-14, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti […]

Vilayət Eyvazov komandirin müavinini təqaüdə göndərdi

Vilayət Eyvazov komandirin müavinini təqaüdə göndərdi

Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Alay Komandirinin müavini, polkovnik-leytenantı Əli Ağalıyev vəzifədən azad edilib. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Ə.Ağalıyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev faktı “Report”a təsdiqləyib. Xatırladaq ki, ilk xəbəri unikal.org saytı yazıb.

Şəhid olmuş sərhədçi əsgərimiz dəfn edilib (FOTO)

Şəhid olmuş sərhədçi əsgərimiz dəfn edilib (FOTO)

Ötən gün Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olarkən düşmən snayperi tərəfindən açılan atəş nəticəsində şəhid olan sərhədçi əsgər Orxan Paşazadənin nəşi doğulduğu Cəlilabad rayonunun Cəfərxanlı kəndinə gətirilib. İdeologiya.az xəbər verir ki, bu gün sərhədçi əsgərimizin nəşi torpağa tapşırılıb. Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə […]

Şəhid olan hərbçimiz bu universitetin məzunu imiş

Şəhid olan hərbçimiz bu universitetin məzunu imiş

Dünən axşam saatlarında Qazax rayonunun sərhəd kəndində düşmənin snayper gülləsi ilə şəhid olan əsgər Orxan Paşazadə Naxçıvan Universitetinin məzunudur. Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov şəxsi “Facebook” səhifəsində yazıb: “Çox böyük ağrı hissi ilə bildiririk ki, dünən axşam saatlarında Qazax rayonunun sərhəd kəndində əsgər Orxan Paşazadə düşmənin snayper gülləsi ilə şəhid olub. […]

DSX: Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub

DSX: Ermənistan sərhəddə təxribat törədib, düşmən cavab atəşi ilə susdurulub

Bu gün Ermənistan mətbuatında Azərbaycan-Ermənistan döv­lət sərhədinin Qazax rayonu istiqamətində Azərbaycan tərəfinin diversi­ya keçirməsi və nəticədə Ermənistan Silahlı Qüvvələrinin 1 nəfər hərbi qul­luq­çusunun yaralanması barədə məlumatlar yayılıb. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən  bildirilib ki, DSX-nin hərbi qulluqçuları tərəfindən diversiya keçiril­məsi barədə məlumat həqiqətə uyğun deyildir və real­lığı əks etdirmir. “Mart ayının 6-da səhər saatlarından başlamaqla […]

Koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir

Koronavirus infeksiyasına qarşı qabaqlayıcı tədbirlər davam etdirilir

Muxtar respublika ərazisində koronavirus infeksiyasına qarşı zəruri qabaqlayıcı profilaktik tədbirlər davam etdirilir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ümumtəhsil və peşə məktəblərində tədris prosesi mart ayının 4-dən 9-dək dayandırıldığından təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər gücləndirilib. Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun rayon təşkilatları hazırda bütün təhsil müəssisələrində […]

Page 2 of 3123