Mart 8, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 08

PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah – Video layihə – 08.03.2020 tarixli bölüm

PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah – Video layihə – 08.03.2020 tarixli bölüm

Trend İnformasiya Agentliyi “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihənin 08.03.2020 tarixli nö vbəti buraxılışını təqdim edir. “PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah” adlı video layihə Azərbaycan Prezidenti cənab İlham Əliyevin fəaliyyətinə həsr olunub.  

Avropada koronavirus sürətlə yayılır

Avropada koronavirus sürətlə yayılır

Avropada koronavirusa yoluxanların sayı artmaqda davam edir. İsveçdə koronavirusa yoluxanların sayı 203 nəfərə çatıb. Stokholmda virusa 115 nəfər yoluxub. Yonçyepinq, Vestra-Yetaland, Vermland, Erebru və Evlenborq şəhərlərində də koronavirusa yoluxma halı qeydə alınıb. Yoluxanların çoxu İtaliya və İrana səfər edən şəxslərdir. Almaniyada isə koronavirusa yoluxma halları 900-ü ötüb. Bu barədə ölkədə koronavirusa yoluxanların statistikasını aparan Robert Koh adına institutu məlumat yayıb. […]

“Keşlə” – “Qarabağ” oyununda insident

“Keşlə” – “Qarabağ” oyununda insident

Futbol üzrə Azərbaycan Premyer Liqasında XX turun “Keşlə” – “Qarabağ” oyununda insident yaşanıb. “Report”un məlumatına görə, matçın son dəqiqələrində meydan sahiblərinin heyətində İlkin Qırtımovun qonaqlardan Abdullah Zubirə qarşı kobud oynamasından sonra futbolçular arasında mübahisə düşüb. Daha sonra Maqaye Qaye də məsələyə qarışıb. Digər oyunçuların müdaxiləsindən sonra ara sakitləşib. Görüşün baş hakimi Əliyar Ağayev hər üç futbolçuya […]

Şamaxı sakini göldə boğularaq öldü – VİDEO

Şamaxı sakini göldə boğularaq öldü – VİDEO

Şamaxı rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. “Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Şamaxı şəhər sakini, 1981-ci il təvəllüdlü Ömərov Xalid İsmayıl oğlu bu gün rayonun Kərkənc kəndi ərazisində yerləşən göldə balıq tutarkən ehtiyatsızlıqdan ayağı sürüşərək suya yıxılıb. Xalid Ömərov köməksiz vəziyyətdə qaldığı üçün suda boğularaq ölüb. Onun meyiti sudan çıxarılaraq ailəsinə təhvil […]

DSX: Düşmən təxribatının qarşısı alınıb

DSX: Düşmən təxribatının qarşısı alınıb

Martın 8-də saat 14:00 radələrindən başlamaqla Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqələrimiz Ermənistanın Noyemberyan rayonunun Voskepar kəndi yaxınlığında yerləşən silahlı qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub. Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. DSX-dan bildirilib ki, düşmən təxribatının qarşısı alınıb, sərhəd döyüş məntəqə­ləri­mi­zə qarşı atəşin […]

DİN: Qanunsuz aksiyaya cəhd edən qadınlar saxlanılmayıb

DİN: Qanunsuz aksiyaya cəhd edən qadınlar saxlanılmayıb

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov bu gün bir qrup qadının şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərməsi ilə bağlı “Report”un suallarını cavablandırıb. E. Zahidovla sual-cavabı təqdim edirik: – Bu gün bir qrup qadın şəhərin mərkəzində etiraz yürüşü keçirməyə cəhd göstərdi. Lakin polis buna imkan vermədi. Bu zaman yürüş iştirakçılarından saxlanılanlar oldumu? – Özlərini […]

Tolik bağlanan verilişindən danışdı – “Müğənnilərin tərbiyəsizliyinin qurbanı oldum”

Tolik bağlanan verilişindən danışdı – “Müğənnilərin tərbiyəsizliyinin qurbanı oldum”

Prodüser Tolik “Hər şey daxil” verilişinin bağlanmasından danışıb. O, Ruhi Əliyevanın təşəbbüsü ilə çəkilən “Ağır Romantik” filminin qala gecəsində, jurnalistlərin suallarını cavablandırıb. “Elza xanım canlı yayıma bağlanmaq istədi və mən bunu təşkil etdim. O, Mətanət Əsədovanın oxuduğu mahnıdan bir sitat gətirdi. “At ilə ulaq məsələsi”. O, “Mətanət xanım at ola-ola, özünü ulaq yerinə qoyub” ifadəsini […]

Təhsil Nazirliyi: Tədrisin mayadək uzadılması barədə məlumatlar həqiqəti əks etdirmir

Təhsil Nazirliyi: Tədrisin mayadək uzadılması barədə məlumatlar həqiqəti əks etdirmir

Nazirlər Kabinetininin operativ Qərargahı adından Təhsil Nazirliyinin saytında guya məktəblərdə tətilin 1 mayadək uzadılması haqqında məlumat doğru deyil, yanlışdır. Bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.  Nazirlik rəsmisi bildirib ki, belə xəbərləri yayanları cinayət məsuliyyəti gözləyir.

Müdafiə Nazirliyi: Qadın hərbçilər nümunəvi xidmətləri ilə seçilirlər – FOTO – VİDEO

Müdafiə Nazirliyi: Qadın hərbçilər nümunəvi xidmətləri ilə seçilirlər – FOTO – VİDEO

Tarixin bütün dönəmlərində mərdliyi və şücaəti ilə seçilən Azərbaycan qadınları kişilərlə çiyin-çiyinə Vətənin müdafiəsinə qalxaraq yurdumuzun təhlükəsizliyini hər şeydən üstün tutublar. Bu gün sələflərinin yoluna sədaqət göstərən qadın hərbi qulluqçularımız Vətən qarşısındakı vəzifə borclarını şərəflə yerinə yetirirlər. Müdafiə Nazirliyindən verilən məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun bütün birləşmə və hissələrində qadın hərbi qulluqçuların da fəaliyyəti üçün […]

Sabah hava dəyişkən buludlu, dumanlı olacaq

Sabah hava dəyişkən buludlu, dumanlı olacaq

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 4-7° isti, gündüz 11-16° isti, Bakıda gecə 4-6° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 772 […]

Page 1 of 212