Mart 9, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 09

İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı

İrandan qayıdan daha iki azərbaycanlıda koronavirus aşkarlandı

İran İslam Respublikasından qayıdan 1966 və 1978-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə  Nazirlər Kabineti yanında operativ qərargahdan məlumat verilib. Bildirilir ki, hazırda xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir. Bundan əvvəl koronavirus infeksiyasına yoluxma faktı qeydə alındıqdan sonra xüsusi rejimli […]

Sabahdan I sinfə qəbulun elektron qeydiyyatı başlayır

Sabahdan I sinfə qəbulun elektron qeydiyyatı başlayır

Sabahdan 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu üçün elektron qaydada qeydiyyat başlayır. Martın 10-u, saat 11:00-dən etibarən məktəbəhazırlıq qruplarına cəlb olunmamış uşaqların valideynləri sistemdə ilk dəfə elektron qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdır. Martın 13-ü, saat 11:00-dən etibarən valideynlər məktəb seçimini həyata keçirə bilərlər. Xatırladaq ki, elektron qeydiyyat www.mektebeqebul.edu.az sistemi […]

Kəlbəcərin icra başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

Kəlbəcərin icra başçısı vəzifəsindən azad edildi – SƏRƏNCAM

Aqil Məmmədov Aqil Sadıq oğlu Məmmədov Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, A.Məmmədov fevralın 9-da Milli Məclisə keçirilmiş seçkilərdə 123 saylı Kəlbəcər seçki dairəsindən deputat seçilib.

Rektor işdən çıxarıldı

Rektor işdən çıxarıldı

Ceyhun Məmmədov Ceyhun Valeh oğlu Məmmədov Azərbaycan İlahiyyat İnstitutunun rektoru vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Qeyd edək ki, C.Məmmədov 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən deputat seçilib.

Prezident işdən çıxarılan icra başçısı ilə bağlı sərəncam verdi

Prezident işdən çıxarılan icra başçısı ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Mirdaməd Sadıqovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Sonxəbər.info”Report”a istinadən  xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Mirdaməd Mirsadıq oğlu Sadıqov “Şöhrət” ordeni ilə təltif edilib. Qeyd edək ki, M.Sadıqov 2013-2020-ci illərdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb

Müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb

Milli Məclisin deputatlarının koronavirus təhlükəsi ilə əlaqədar həkim müayinəsindən keçməsi tam yekunlaşıb. Trend-in məlumatına görə, bunu Milli Məclisin Mətbuat Xidmətinin təhbəri Akif Təvəkküloğlu deyib. O bildirib ki, müayinədən keçən 121 deputatın heç birində koronavirusun əlamətləri aşkarlanmayıb.  Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI çağırış Milli Məclisə keçirilmiş seçkilərin […]

 Saatlıda baş verən qətllə bağlı DİN məlumat yayıb

 Saatlıda baş verən qətllə bağlı DİN məlumat yayıb

Daxili İşlər Nazirliyi martın 7-də Saatlıda baş vərən qətllə bağlı məlumat yayıb. Nazirliyinin mətbuat xidmətindən  verilən məlumata görə, rayonunun Qara Nuru kənd sakini Paşa Qardaşov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya aparılarkən yolda ölüb. Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmkəndlisi, əvvəllər məhkum olunmuş F.Əliyev saxlanılıb. […]

Deputatlar iclasqabağı koronavirusla bağlı test yoxlanışından keçiriləcək

Deputatlar iclasqabağı koronavirusla bağlı test yoxlanışından keçiriləcək

Koronavirus təhlükəsi ilə əlaqədar olaraq bu gün VI çağırış Milli Məclisin deputatları iclasqabağı test yoxlanışından keçiriləcək. Trend-in məlumatına görə, parlamentin girişində bu məqsədlə termovizor qurğusu quraşdırılıb. Qurğu vasitəsilə Milli Məclisə daxil olan bütün şəxslərin, o cümlədən yeni seçilmiş deputatların hərarəti yoxlanılacaq.  Qeyd edək ki, martın 5-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında VI […]

Atəşkəs 31 dəfə pozuldu

Atəşkəs 31 dəfə pozuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 31 dəfə pozub. Müdafiə Nazirliyindən  verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan kəndində, İcevan rayonunun Berkaber, Ayqeovit kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Aşağı Əskipara, Qızılhacılı, Bala Cəfərli kəndlərində, Berd rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Qaralar […]