Mart 10, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 10

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusa yoluxanların sayı artdı

Gürcüstanda koronavirusun təsdiqləndiyi halların sayı 23-ə çatıb. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, bu barədə məlumat Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi saytda verilib. Bildirilib ki, karantində 126, stasionar nəzarətdə isə 46 nəfər saxlanılır. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.

Təhsil naziri: “Əminəm ki, bu müddət uzun çəkməyəcək”

Təhsil naziri: “Əminəm ki, bu müddət uzun çəkməyəcək”

 Təhsil naziri Ceyhun Bayramov Təhsil naziri Ceyhun Bayramov koronavirusa yoluxma hallarının qarşısının alınması və bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasından bəhs edən məlumatlarla bağlı vətəndaşlara müraciət edib. Sonxəbər.info “Report”a istinadən  xəbər verir ki, nazir bu barədə AzTV-nin efirində çıxışı zamanı bildirib. C.Bayramov müraciətində bu vəziyyətlə bağlı olaraq məlumatlara yalnız rəsmi mənbələrə istinad etməyi tövsiyə edib: “Əfsuslar […]

Dövlət başçısı: “Heç bir seçki qüsursuz olmur”

Dövlət başçısı: “Heç bir seçki qüsursuz olmur”

“Biz seçkiləri müşahidə etmək üçün bir çox beynəlxalq təşkilatları, müşahidəçiləri dəvət etmişdik və onların mütləq əksəriyyəti seçkilərin həm hazırlıq dövrünü, həm kampaniya dövrünü və həm də seçkilər gününü çox müsbət qiymətləndirmişdir. Demək olar ki, müşahidəçilərin mütləq əksəriyyəti seçkiləri demokratiyanın inkişafında növbəti uğurlu addım kimi qiymətləndirmişlər və bəyan etmişlər ki, Azərbaycan xalqı azad şəkildə öz seçki […]

Koronavirusa yoluxmuş 3 Azərbaycan vətəndaşı sağaldı

Koronavirusa yoluxmuş 3 Azərbaycan vətəndaşı sağaldı

Koronavirus infeksiyasına yoluxduqları müəyyən edilmiş 1973, 1997 və 1998-ci il təvəllüdlü 3 Azərbaycan vətəndaşı xüsusi rejimli xəstəxanalarda müvafiq müalicə alaraq sağalıblar və evə buraxılıblar. Nazirlər Kabinetinin yanında operativ qərargahdan  bildirilib ki, koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır.

Təşvişə səbəb yoxdur

Təşvişə səbəb yoxdur

Vətəndaşların sağlamlığı üçün bütün tədbirlər vaxtında həyata keçirilir İki aya yaxındır dünya gündəmini zəbt edən koronavirusla (COVİD-19) bağlı hər bir ölkədə olduğu kimi, Azərbaycanda da ciddi tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılan operativ qərargah bir müddət əvvəl profilaktirk tədbirlər məqsədi ilə ümumtəhsil müəssisələrində tətil elan etdi, həmçinin sərhəd keçid məntəqələrində, hava limanlarında […]

Naxçıvanda komanda-qərargah təlimi başlayıb –  VİDEO

Naxçıvanda komanda-qərargah təlimi başlayıb –  VİDEO

“Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi başlayıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, ikitərəfli, üçpilləli komanda-qərargah təliminin senarisinə uyğun olaraq Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarına çıxarılıb. Xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb edildiyi təlimdə müasir rabitə və avtomatik […]

Eldar Sultanov: Aysel Ələkbərzadə “feminist hərəkatı”nın qurbanıdır

Eldar Sultanov: Aysel Ələkbərzadə “feminist hərəkatı”nın qurbanıdır

İstintaq əsas fərziyyə kimi Aysel Ələkbərzadənin “feminist hərəkatı”nın ayrı-ayrı üzvləri tərəfindən qanunsuz aksiyanın qurbanına çevrilməsi istiqamətində aparılır. Bunu Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov  Sonxəbər.info-ya açıqlamasında bildirib. Onun sözlərinə görə, cinayət işi üzrə feministlərin fəalları Aslan Həmidli, Nurlan Cəfərov (Nurlan Libre təxəllüslü), Yusif İsayev dindiriliblər: “Aysel Ələkbərzadənin aksiya zamanı istifadə etdiyi provokasiya xarakterli şüarın kimlərin təşəbbüsü […]

312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb

312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb

Operativ qərargah: Koronavirusla bağlı 312 nəfər karantin müddətini başa vuraraq sərbəst buraxılıb Azərbaycan Respublikasında koronavirus (COVİD – 19) infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarına daxil olan şəxslərin müayinəsi davam etdirilir. Nazirlər Kabineti yanında operativ qərargahdan Trend-ə bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, karantinə alınan […]

Moldovada kütləvi tədbirlər qadağan edildi

Moldovada kütləvi tədbirlər qadağan edildi

“Moldovada koronavirus təhlükəsi ilə əlaqədar kütləvi tədbirlərin keçirilməsi qadağan edilib”. Bunu ölkənin Səhiyyə naziri Viorika Dumbrevyanu deyib. O bildirib ki, mədəni, sosial, eləcə də idman tədbirləri ləğv edilib. Bundan başqa, nazirin sözlərinə görə, Pasxa ərəfəsində dini mərasimlərin keçirilməsi məsələsi də kilsə nümayəndələri ilə müzakirə olunur. Səhiyyə naziri əlavə edib ki, məktəblərdə dərslərin dayandırılması hələlik planlaşdırılmır. […]

Yeni parlament ölkəmizin hərtərəfli inkişafına yönələn təkmil qanunların qəbulunu daha da sürətləndirəcək

Yeni parlament ölkəmizin hərtərəfli inkişafına yönələn təkmil qanunların qəbulunu daha da sürətləndirəcək

«9 fevral  parlament seçkiləri Azərbaycanın demokratiya tarixinə yeni bir səhifəni yazdı. Bu tarix, eyni zamanda, yeni, təkmil, müasir parlamentin formalaşmasının başlanğıcı oldu. Dövrün, zamanın tələbinə uyğun təkmilləşmənin qanunverici qurumda da öz əksini tapması günümüzün əsas tələbinə çevrilməklə ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının belə  bir təşəbbüslə çıxış etməsini şərtləndirdi. Artıq martın 10-da  altıncı […]

Page 1 of 41234