Mart 11, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 11

Mikayıl Cabbarov: “Xarici şoklara qarşı güclü maliyyə immuniteti mövcuddur”

Mikayıl Cabbarov: “Xarici şoklara qarşı güclü maliyyə immuniteti mövcuddur”

Mikayıl Cabbarov “Bu gün ölkə iqtisadiyyatına əsasən iki təsiretmə imkanına malik amil var: koronavirus epidemiyası və OPEC+ sövdələşməsinin baş tutmaması. Qeyd etmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı 2020-ci ilin əvvəlində də öz dayanıqlılığını saxlayır”. Bu fikirləri Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına təsirinə dair müşavirədə İqtisadiyyat naziri Mikayıl […]

Azyaşlı uşaq altı aylıq qardaşını eyvandan tulladı – FOTO

Azyaşlı uşaq altı aylıq qardaşını eyvandan tulladı – FOTO

 Türkiyədə azyaşlı 6 aylıq qardaşını eyvandan atıb. Hadisə İstanbul şəhərində qeydə alınıb.  Uşaqların anası oğlunun eyvandan atdığı mətbəx əşyalarını gətirmək üçün yaşadıqları binanın həyətinə çıxıb. Bu zaman ayağının altına kətil qoyaraq 6 aylıq qardaşını qucağında eyvana çıxaran dörd yaşlı oğlan onu 3 -cü mərtəbədən aşağı tullayıb. Uşaq anasının yanına yerə düşüb. Xəstəxanaya çatdırılan körpənin vəziyyətinin […]

Avropa Olimpiya Təsnifat turniri təxirə salındı

Avropa Olimpiya Təsnifat turniri təxirə salındı

Martın 19-dan 22-dək Budapeştdə keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Təsnifat turniri təxirə salınıb. Azərbaycan Güləş Federasiyasının Mətbuat xidmətindən  verilən məlumata görə, bu barədə bu gün Macarıstan dövləti qərar çıxarıb. Təşkilatçı ölkə Dünya Güləş Birliyi (UWW) ilə ortaq fikrə gələrək, Koronavirus epidemiyası ilə bağlı bu addımı atıb. Yarışın aprel və ya may ayında keçirilməsi planlaşdırılır.

Rusiyada yol qəzasında 5 nəfər öldü, 5-i yaralandı

Rusiyada yol qəzasında 5 nəfər öldü, 5-i yaralandı

Rusiyada baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, bir nəfər ağır olmaqla 5 nəfər yaralanıb. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, qəza Rostov vilayətinin Millerov rayonunda qeydə alınıb. Belə ki, martın 11-də M-4 “Don” şosesinin 859-cu km-liyində “Opel Vivaro” sərnişin mikroavtobusunun sürücüsü yuxuladığından qarşıdan gələn yük avtomobili ilə toqquşub. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Yaralı halda […]

Ermənistanda daha 3 nəfər koronavirusa yoluxdu

Ermənistanda daha 3 nəfər koronavirusa yoluxdu

Ermənistanda yeni koronavirusa üç yoluxma halı təsdiq edilib. Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində qeyd edib. “Təəssüf ki, bizdə üç nəfərin koronavirusa yoluxması təsdiq edilib. Onlardan ikisi, 42 və 47 yaşlı şəxslər Ermənistan vətəndaşlarıdır. Digəri isə ölkəmizdə işləyən İtaliya vətəndaşıdır (51 yaş). Onların hamısı İtaliyada səfərdə olublar. İtaliyalı və Ermənistanın bir […]

ÜST koronavirusu pandemiya elan etdi

ÜST koronavirusu pandemiya elan etdi

© google Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ koronavirusu pandemiya elan edib. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib. “Yaxın günlər və həftələr ərzində yoluxma hallarının, ölümlərin, infeksiyanın yayılacağı ölkələrin artacağını gözləyirik. Bu baxımdan COVİD-19-un pandemiya olaraq dəyərləndirilə biləcəyi qənaətinə gəldik”, – o vurğulayıb. Qeyd edək ki, […]

Düşənbədə 30 metr hündürlüyündə səməni ucaldılıb

Düşənbədə 30 metr hündürlüyündə səməni ucaldılıb

Düşənbənin mərkəzindəki Dusti meydanında, İsmayıl Somani abidəsinin yanında 30 metr hündürlüyündə səməni ucaldılıb. Səməninin diametri isə 16 metrdir. Meydanda Novruz bayramını simvolizə edən bar ağacları, güllər əkilib, Novruz atributları qoyulub. Martın 1-dən 20-dək Rudaki prospektində “Novruz yarmarkaları-Düşənbə 2020” adlı müxtəlif sərgi və satış yarmarkaları keçirilir. Bununla belə Tacikistanın Mədəniyyət Nazirliyi elan edib ki, koronavirus təhlükəsi […]

Erməni general: Xocalıları belə öldürdüm – VİDEO

Erməni general: Xocalıları belə öldürdüm – VİDEO

Sosial şəbəkələrdə Ermənistan ordusunun generalı, Xocalı soyqırımının iştirakçısı Vitali Balasanyanın əcənəbi jurnalistə özü və əsgərlərinin azərbaycanlıları necə öldürdüklərini danışması ilə bağlı sensasiyalı video yayılıb. Arxiv yazısında Balasanyan əsgərlərinin Xocalı qırğınından sağ qalanları uçuruma doğru necə apardıqlarını və oradan necə atdıqlarını danışıb. Qeyd edək ki, bu erməni general silahsız xocalılara atəş açmaq əmrini verməsi, hətta şəxsən […]

Şəhidlərin xatirəsinə ehtiram

Şəhidlərin xatirəsinə ehtiram

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov martın 11-də Şəhidlər xiyabanını ziyarət edib. Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Türkmənistanın və Azərbaycanın dövlət himnləri səslənib. Azərbaycan […]

ETSN: Yanğınların baş verdiyi ərazi meşə sahəsi deyil

ETSN: Yanğınların baş verdiyi ərazi meşə sahəsi deyil

Quba rayonunun Səbətlər, Bərqov, İspik və Yuxarı Tüləkəran kəndlərinin yaxınlıqlarında yanğınların baş verdiyi ərazi meşə sahəsi deyil, yerli əhaliyə məxsus pay torpaqlarıdır. Lakin meşəyə yaxın ərazilərdə baş verən yanğınların meşə sahəsinə keçmə ehtimalı olduqca böyükdür. Bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. Nazirliyin sözçüsü qeyd edib ki, dəfələrlə əkin və […]

Page 1 of 41234