Mart 12, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 12

Maliyyə naziri: Neftin qiymətlərinin 30-35 ABŞ dolları olması büdcəyə təsir edir

Maliyyə naziri: Neftin qiymətlərinin 30-35 ABŞ dolları olması büdcəyə təsir edir

“Koronavirusun mənfi təsirlərinə məruz qalan sahələr əsasən iqtisadiyyatın turizm, hava nəqliyyatı, otelçilik və ictimai iaşə və bunlarla bağlı olan sektorlarıdır”. Bunu Maliyyə naziri Samir Şərifov AzTV-nin “Hədəf” verilişində neft bazarlarında baş verən son prosesləri və onun Azərbaycanın dövlət büdcəsinə təsirini şərh edərkən deyib. S.Şərifovun sözlərinə görə, neft bazarının da enməsi məhz neftə olan tələbatın bir qədər azalması […]

Bu müəssisələr vergidən azad edildi

Bu müəssisələr vergidən azad edildi

Nazirlər Kabineti “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, təhsil, səhiyyə, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən müəssisə, idarə və təşkilatların Meyarları”nın təsdiq edilməsi barədə qərar verib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərarla Azərbaycan Respublikası Vergi Məcəlləsinin 106.1.18-ci maddəsinə uyğun olaraq, vergidən azadolunma məqsədləri üçün elm, […]

Məscidlərdə yas mərasimlərinə məhdudiyyət qoyuldu

Məscidlərdə yas mərasimlərinə məhdudiyyət qoyuldu

Azərbaycanın bir sıra məscidlərində koronavirus təhlükəsi ilə əlaqədar olaraq, yas mərasimlərinin keçirilməsi qadağan edilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) göstərişi ilə “Təzə Pir” və “Heydər” məscidilərinin mərasim zallarında yas mərasimlərinin keçirilməsinə məhdudiyyət qoyulub. Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 125 ölkədə qeydə alınıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 130 238-ə […]

Sabahdan Azərbaycanda benzinin qiyməti ucuzlaşacaq

Sabahdan Azərbaycanda benzinin qiyməti ucuzlaşacaq

Sabahdan respublikada benzinin qiyməti ucuzlaşacaq. Saat 00:00-dan ölkə ərazisində Aİ-95 markalı benzinin qiyməti ucuzlaşaraq 1,20 manat təşkil edəcək. Aİ-98 markalı benzin isə 1,40 manat olacaq. Qeyd edək ki, hazırda Aİ-95 markalı benzinin qiyməti 1,50 manat, Aİ-98 markalı benzinin qiyməti isə 1,60 manatdır.

Ərdoğan xarici səfərləri təxirə salıb

Ərdoğan xarici səfərləri təxirə salıb

Türkiyə prezidentinin nümayəndəsi ölkədəki koronavirus epidemiyası fonunda, bir həftəyə planlı olmayan məktəb tətillərinin elan edildiyini, Rəcəb Tayyib Ərdoğanın xarici səfərlərinin təxirə salındığını deyib. Trend-in məlumatına görə, bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın Ankarada Türkiyə Nazirlər kabinetinin koronavirusla mübarizə üzrə iclasından sonra jurnalistlərə açıqlamasında deyib. İ.Kalın bildirib: “Martın 16-dan etibarən bütün orta məktəblərdə planlaşdırılmamış […]

Oğuzda 3 ha sahədə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) HADİSƏ

Oğuzda 3 ha sahədə baş verən yanğın söndürülüb (ƏLAVƏ OLUNUB) HADİSƏ

İlk xəbər saat 18:43-də yayımlanıb Oğuz rayonunun Mollalı kəndi yaxınlığında, dağlıq ərazidə 3 ha sahədə kol-kos, quru ot və ağaclar yanıb. Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları tərəfindən söndürülüb. Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. XXX 18:43  Fövqəladə Hallar Nazirliyinin (FHN) […]

Ümumtəhsil məktəblərində tədris ilinin müddətini Nazirlər Kabineti müəyyən edəcək

Ümumtəhsil məktəblərində tədris ilinin müddətini Nazirlər Kabineti müəyyən edəcək

Nazirlər Kabineti “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dəyişiklik edib. Bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb. Qərarda qeyd olunub ki, ümumtəhsil məktəbində tədris ilinin müddəti Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən ediləcək.

Sumqayıtda qadın meyiti tapılıb

Sumqayıtda qadın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Sumqayıt şəhərində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Nazirlikdən  verilən məlumata görə, hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzin xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1942-ci il təvəllüdlü Lyuba Qayıbovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Koronavirusla bağlı yalan məlumat yayanlara xəbərdarlıq edildi – RƏSMİ

Koronavirusla bağlı yalan məlumat yayanlara xəbərdarlıq edildi – RƏSMİ

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən koronavirus xəstəliyinin qarşısının alınması üzrə həyata keçirilən qabaqlayıcı tədbirlər, virusa yoluxmuş və karantinə yerləşdirilmiş şəxslərin sayı, onların müalicəsi və s. barədə ictimaiyyət mütəmadi məlumatlandırılır. Sonxəbər.info xəbər verir ki, bu barədə Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin birgə məlumatında deyilir. “Lakin ayrı-ayrı şəxslər tərəfindən sosial şəbəkələrdə və “watsapp” ani […]

Hökumət vətəndaşları səfərə getməməyə çağırdı

Hökumət vətəndaşları səfərə getməməyə çağırdı

Azərbaycan hökuməti ölkə vətəndaşlarını xarici ölkələrə səfər etməməyə çağırıb. Bu barədə  Nazirlər Kabinetinin yanında operativ qərargahdan bildirilib. “Azərbaycan Respublikası vətəndaşlarının yaxın iki ay müddətinə xüsusi zərurət olmadığı təqdirdə, xarici ölkələrə səfərlərdən çəkinmələri ciddi şəkildə tövsiyə olunur”, – məlumatda vurğulanıb.

Page 1 of 6123Next ›Last »