Mart 12, 2020 | Page 2 of 6 | SON XƏBƏR | SON XƏBƏR | 2

Home » 2020 » Mart » 12 (Page 2)

Novruz bayramında 9 gün iş olmayacaq

Novruz bayramında 9 gün iş olmayacaq

İş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib. Bbununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. Qeyd edək ki, 2020-ci il martın 20-si, 21-i, 22-si, 23-ü, 24-ü Novruz bayramıdır. Bu il 21, 22 mart tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə […]

“Qarabağ”ın sabiq futbolçusu: “Koronavirusa görə Çinə gedə bilmirəm”

“Qarabağ”ın sabiq futbolçusu: “Koronavirusa görə Çinə gedə bilmirəm”

“Bu virus təkcə futbola deyil, Çindəki bir çox insana təsir etdi. Çıxış etdiyim komandada Uhan şəhərindən olan 5 futbolçu və 1 məşqçi hazırda ciddi nəzarət altındadır”. “Report”un məlumatına görə, bu fikirləri Çinin ikinci liqasında mübarizə aparan “Xançjou Qrintaun” klubunun cənubi afrikalı futbolçusu Dino Ndlovu mətbuata açıqlamasında deyib. Hazırda Antalyada fərdi qaydada məşq edən 30 yaşlı hücumçu bildirib ki, koronavirus pandemiyasına görə Çinə qayıda bilmir: “Həqiqətən […]

Ağdamın icra başçısının müavini işdən çıxarıldı

Ağdamın icra başçısının müavini işdən çıxarıldı

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Ağa Qəzənfər oğlu Zeynalov vəzifəsindən azad edilib. “Report”un Qarabağ Mərkəzinin məlumatına görə, rayonun icra başçısı Vaqif Həsənov bununla bağlı müvafiq əmr imzalayıb. Ağdam Rayon İcra Hakimiyyətində bu vəzifəyə hələlik təyinat olmayıb.

İranda koronavirusa yoluxan xəstə qadın Azərbaycanda öldü

İranda koronavirusa yoluxan xəstə qadın Azərbaycanda öldü

İran İslam Respublikasında müalicə olunduqdan sonra qayıdan Azərbaycan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü qadının səhhətindəki xroniki problemlər davam etdiyindən xəstəxanaya müraciət edib. Müayinələr zamanı onda ağır autoimmun xəstəlik olan qırmızı qurdeşənəyi (Sistemik Lupus Eritematozus), 4-cü sinif lupus nefriti və xroniki böyrək çatışmazlığının son mərhələsi olduğu müəyyən edilib. Bununla bağlı Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat […]

Vilayət Eyvazov polkovnik-leytenantı rəis təyin etdi

Vilayət Eyvazov polkovnik-leytenantı rəis təyin etdi

Vilayət Eyvazov Daxili İşlər Nazirliyində yeni kadr təyinat olub. Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, polis polkovnik-leytenantı Surxay Cəfərov Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin növbətçi hissəsinə rəis təyin edilib. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

“Koronavirus.az” domeni alındı

“Koronavirus.az” domeni alındı

© phyrs.org Bu gün Azərbaycanda “koronavirus.az” adlı domen rəsmi şəkildə alınıb. “Report”un xəbərinə görə, domeni Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Nabil Seyidov əldə edib. Məsələ ilə bağlı “Report”a açıqlama verən N.Seyidov bildirib ki, ictimaiyyət üçün məlumat portalı hazırlanır: “Koronavirus.az” domeni də onun üçün əldə edilib. Domenin alınması şəxsi təşəbbüsümdür. […]

Ermənistan Naxçıvan cəbhəsində atəşkəsi pozub, düşmənə qarşı cavab tədbirləri görülür

Ermənistan Naxçıvan cəbhəsində atəşkəsi pozub, düşmənə qarşı cavab tədbirləri görülür

Müdafiə Nazirliyi Martın 12-i səhər saatlarından Ermənistan silahlı qüvvələrinin bölmələri Əlahiddə Ümumqoşun Ordunun mövqelərini atəşə tutmaqla atəşkəs rejimini kobud şəkildə pozub. Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Əsasən düşmənin Ararat rayonu ərazisindəki Tejqar və Bağarsıq dağlarının ətəklərində yerləşən mövqelərindən qarşı tərəfdə yerləşən Əlahiddə Ümumqoşun Ordunun mövqeləri iriçaplı pulemyot və snayper tüfənglərindən intensiv atəşə məruz qalıb. […]

Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edildi

Bahar Muradova Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edildi

Prezident İlham Əliyev B.Ə.Muradovanın Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, Bahar Əvəz qızı Muradova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri təyin edilsin.

Paytaxtda piyada keçidləri dezinfeksiya edilir (VİDEO)

Paytaxtda piyada keçidləri dezinfeksiya edilir (VİDEO)

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı şəhərində dezinfeksiya işlərinə başlayıb. Bu barədə  açıqlamasında agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib. O bildirib ki, koronavirus (COVİD – 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə məqsədi ilə paytaxtda yerləşən piyada keçidləri dezinfeksiya edilir. Paytaxt ərazisindəki bütün piyada keçidləri dezinfeksiya ediləcək.

Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq – SƏRƏNCAM

Bakıda Müslüm Maqomayevin abidəsi ucaldılacaq – SƏRƏNCAM

Prezident İlham Əliyev Müslüm Maqomayevin abidəsinin ucaldılması haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir: “Azərbaycan musiqi mədəniyyəti xəzinəsinin zənginləşdirilməsinə dəyərli töhfələr vermiş fitri istedada malik görkəmli sənətkar, dünya şöhrətli opera və estrada müğənnisi, SSRİ Xalq artisti Müslüm Məhəmməd oğlu Maqomayevin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində görkəmli sənətkar Müslüm Maqomayevin abidəsi ucaldılsın. Bakı Şəhər İcra Hakimiyyəti Azərbaycan […]