Mart 13, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 13

Koronavirus barədə 12 il əvvəl bir kitabda yazılıbmış: “Qəfil gəldiyi kimi qəfil də yoxa çıxacaq”

Koronavirus barədə 12 il əvvəl bir kitabda yazılıbmış: “Qəfil gəldiyi kimi qəfil də yoxa çıxacaq”

 2008-ci ildə çap olunan “End of Days” kitabında yazıçının koronavirusdan bəhs edildiyi məlum olub. Kitabdakı həmin səhifəni təqdim edir. Maraqlıdır ki, yazıçı Silviya Broune 12 il əvvəl öz kitabında koronavirus barədə bunları yazıb: “2020-ci ildə dünyaya ağciyərlərə təsir edən və bütün tibbə məlum müalicələrə cavab verməyən, zökəmə bənzər ciddi bir epidemiya yaranacaq. Xəstəliyin özündən də […]

Bakıdakı karate çempionatı ləğv edildi – RƏSMİ

Bakıdakı karate çempionatı ləğv edildi – RƏSMİ

Bakıda keçirilməsi planlaşdırılan karate üzrə Avropa çempionatı ləğv olunub. Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov bu haqda məlumat verib. Onun sözlərinə görə, sözügedən qərar koronavirus infeksiyası ilə əlaqədar qəbul edilib. Xatırladaq ki, karate üzrə Avropa çempionatı 25 – 29 martda Bakıda keçirilməli idi. Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam […]

Dövlət qulluğuna qəbul imtahanı ləğv edildi

Dövlət qulluğuna qəbul imtahanı ləğv edildi

2020-ci il martın 15-də keçirilməsi nəzərdə tutulan inzibati rəhbər vəzifələr üzrə dövlət qulluğuna qəbul imtahanı ləğv edilib. Dövlət İmtahan Mərkəzindən Trend-ə verilən məlumata görə, imtahanın keçiriləcəyi tarix haqqında əlavə məlumat veriləcək. Məlum olduğu kimi, 2020-ci il martın 15-də Dövlət İmtahan Mərkəzində inzibati rəhbər vəzifələr (A növ) üzrə dövlət qulluğuna qəbul imtahanının keçirilməsi nəzərdə tutulurdu. Azərbaycan […]

“Formula 1″ yarışının ləğvi ilə bağlı hələlik qərar verilməyib – Operativ qərargah

“Formula 1″ yarışının ləğvi ilə bağlı hələlik qərar verilməyib – Operativ qərargah

“Azərbaycanda koronavirusa görə idman tədbirləri ləğv olunub, lakin “Formula 1″ yarışının ləğvi ilə bağlı hələlik qərar verilməyib”. Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, vəziyyətə uyğun olaraq “Formula 1″ yarışı ilə bağlı qərar qərar qəbul olunacaq: “Bu yarış yayda keçiriləcək, ona görə də hələlik heç bir qərar qəbul edilməyib”. […]

Baş infeksionist: Koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verilməlidir

Baş infeksionist: Koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verilməlidir

Vətəndaşlar koronovirusa qarşı mübarizə məqsədilə təbii və sağlam qidalardan istifadəyə üstünlük verməlidir. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqdə Azərbaycanın baş infeksionisti Cəlal İsayev deyib. C.İsayev bildirib ki, vətəndaşlarımız insanların kütləvi toplaşdığı yerlərdən kənar durmalıdır. O qeyd edib ki, açıq və təmiz havada olmaq lazımdır: “Bunlara əməl […]

Azərbaycanda tədris tətilinin uzadılması ilə bağlı əlavə qərar verilə bilər

Azərbaycanda tədris tətilinin uzadılması ilə bağlı əlavə qərar verilə bilər

Azərbaycanda təhsil müddətinin və tədris tətilinin uzadılması ilə bağlı əlavə qərar verilə bilər. Bunu bu gün keçirilən mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidnmətinin rəhbəri İbrahim Məmmədov deyib. Onun sözlərinə görə, tədris vaxtının uzadılması ilə bağlı müəyyən qərar veriləcək: “Hələ 2 həftə vaxt var. Bu müddət ərzində vəziyyətə görə qərar qəbul olunacaq və açıqlanacaq. Bununla bağlı […]

Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir (CANLI)

Nazirlər Kabinetinin yanında operativ qərargah brifinq keçirir (CANLI)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün brifinqi keçirir. Trend-in məlumatına görə, brifinqdə KİV nümayəndələrini maraqlandıran suallara cavab verilir.

İbrahim Məmmədov: “Hazırda koronavirusa yoluxan 15 nəfər var”

İbrahim Məmmədov: “Hazırda koronavirusa yoluxan 15 nəfər var”

“Hazırda koronavirusa yoluxan 15 nəfər var”. Bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O söyləyib ki, virusa yoluxanlardan yalnız biri dünyasını dəyişib: “İndiyə qədər 3 nəfər sağalıb”. “Bizim ölkədə virus pandemiya vəziyyətində deyil”, – deyə İbrahim Məmmədov qeyd edib. O bildirib ki, Nazirlər Kabineti yeni qaydalar tətbiq edib: “Ölkədə bir çox kütləvi tədbirlər qadağan edildi. Dəfn […]

ÜST Avropanı pandemiyanın episentri elan etdi – VİDEO

ÜST Avropanı pandemiyanın episentri elan etdi – VİDEO

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa qitəsinin koronavirus pandemiyasının episentrinə çevrildiyini bəyan edib. Sonxəbər.info “Report”a istinadən xəbər verir ki, bu barədə qurumun baş katibi Tedros Adanom Gebreisus Cenevrədə keçirdiyi brifinqdə məlumat verib. Onun sözlərinə görə, Avropada gündəlik koronavirusa yoluxma halı Çindən çoxdur. Qeyd edək ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 136 ölkədə qeydə alınıb. […]

Operativ Qərargah: Yanlış məlumatlar yayanlar barəsində ciddi tədbirlər görüləcək

Operativ Qərargah: Yanlış məlumatlar yayanlar barəsində ciddi tədbirlər görüləcək

İctimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcək. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Qeyd olunub ki, vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən bütün dünyada yaranmış hazırkı vəziyyətdə maksimum məsuliyyətli olmaq […]

Page 1 of 7123Next ›Last »