Mart 16, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 16

AzTV koronavirusla bağlı süjetinin yanlış yozulmasına dair açıqlama yaydı

AzTV koronavirusla bağlı süjetinin yanlış yozulmasına dair açıqlama yaydı

“Bütün dünyanı bürüyən koronavirus problemi fonunda xaricdəki bəzi soydaşlarımızın kiminsə məsuliyyətsiz paylaşımını və kontekstdən çıxararaq yerləşdirdiyi cümləni əsas götürərək AzTV-yə qarşı hücuma keçməsi əsla başadüşülən deyil. Özünü savadlı və xaricdə təhsil alan gənclər kimi təqdim edən həmin şəxslərin qaraguruh psixologiyası nümayiş etdirmələri daha da narahatlıq doğurur”. “Report” xəbər veirr ki, bu fikirlər “Azərbaycan Televiziya və […]

Azərbaycanda dövlət qurumlarında çalışan bu işçilərin işə çıxması qadağan edildi

Azərbaycanda dövlət qurumlarında çalışan bu işçilərin işə çıxması qadağan edildi

Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti orqanları və dövlət qurumlarında çalışan işçilərin və onların ailə üzvlərindən birinin qrip, soyuqdəymə, halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxması qadağan edilib. “Report” xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədovun mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə göndərdiyi məktubda deyilir. […]

Mehriban Əliyeva: “Vaqif Mustafazadənin adı və yaradıcılığı daim yaşayacaqdır”

Mehriban Əliyeva: “Vaqif Mustafazadənin adı və yaradıcılığı daim yaşayacaqdır”

“Vaqif Mustafazadə… Bu ad hər birimizdə ən xoş duyğular oyadır. Qısa, lakin mənalı ömür yaşadı. O, dərin köklərə malik qədim Azərbaycan muğamı ilə caz musiqisini uğurlu sintez edərək dünya musiqi inciləri xəzinəsinə caz-muğamın təkrarolunmaz nümunələrini bəxş etdi. Qəlbləri titrədən gözəl melodiyaları və ritmləri milli musiqi irsimizi daha da zənginləşdirdi və bütün dünyada tanıtdı”. Bu fikirlər […]

Mingəçevirdə 34 yaşlı qadın zəhərləndi

Mingəçevirdə 34 yaşlı qadın zəhərləndi

Bərdə rayon sakini zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. “Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Mingəçevir şəhərində baş verib. Belə ki, Bərdə rayon sakini 1986-ci il təvəllüdlü İsayeva Dürdanə Sabir qızı zəhərlənmə diaqnozu ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun hansı səbəbdən zəhərləndiyi bilinmir. Qadın reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır.

Baş Nazir dövlət qurumlarının rəhbərlərinə koronavirusla bağlı tapşırıqlar verdi

Baş Nazir dövlət qurumlarının rəhbərlərinə koronavirusla bağlı tapşırıqlar verdi

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə məktub göndərib. “Report”un məlumatına görə, məktubda dövlət qurumlarının rəhbərlərinə koronavirus (COVİD-19) infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək və icrasına ciddi nəzarət edilməsi ilə bağlı tapşırıqlar yer alıb: 1. İclasların, müşavirələri və toplantıların yalnız telefon rabitəsi (selektor), mobil və internet vasitəsilə keçirməsinə üstünlük verilsin; […]

Bu gün 237 azərbaycanlı İstanbuldan vətənə qaytarılıb

Bu gün 237 azərbaycanlı İstanbuldan vətənə qaytarılıb

Azərbaycanın Milli aviadaşıyıcısı Türkiyə ilə Azərbaycan arasında hava əlaqəsinin müvəqqəti dayandırılması ilə əlaqədar hökumətin tapşırığı ilə Türkiyə ərazisində qalmış Azərbaycan vətəndaşlarının gətirilməsi üçün martın 16-da Bakı-İstanbul-Bakı istiqaməti üzrə daha bir çarter reysi yerinə yetirmişdir. Trend-in məlumatına görə, saat 22:04 radələrində Bakıya enmiş həmin reys ilə 237 nəfər Azərbaycan vətəndaşı İstanbuldan vətənə qaytarılmışdır. Xatırladaq ki, daha […]

Bərdədə 5 yaşlı uşaq iynədən şoka düşərək öldü

Bərdədə 5 yaşlı uşaq iynədən şoka düşərək öldü

Bərdə rayonunda uşaq bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. “Report” un Qarabağ mərkəzinin verdiyi məlumata görə, səhər saatlarında 5 yaşlı uşağın hərarəti artıb və ona ev şəraitində iynə vurulub. Azyaşlı uşaq iynədən sonra aneflaktik şok keçirdiyi üçün Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Uşağın yolda keçindiyi məlum olub. Faktla bağlı araşdırma […]

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılır – Operativ Qərargah

Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı səfərləri dayandırılır – Operativ Qərargah

Martın 16-da Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov ilə Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub. Trend-in məlumatına görə, telefon danışığı əsnasında koronavirus infeksiyasına qarşı mübarizə məqsədilə iki ölkə tərəfindən görülən tədbirlərə dair məlumat mübadiləsi aparılıb. Hökumət başçılarının qarşılıqlı razılığına əsasən, koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan və Rusiya vətəndaşlarının qarşılıqlı […]

Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı

Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı

Ölkə ərazisində faktiki hava şəraiti açıqlandı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 16-sı saat 22:00-a olan açıqlamada bildirilir: ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsib, bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi arabir Naftalanda 30 m/s, Neftçalada 26 m/s, Tər-tər, Ələt, Gəncə və Tovuzda 18 […]

Azərbaycanda koronavirusa qarşı peyvəndlər hazırlanacaq

Azərbaycanda koronavirusa qarşı peyvəndlər hazırlanacaq

Koronavirusdan qorunma və müalicə üsulları ilə bağlı kitabça və broşürlər hazırlanmalı, insanlara mütəmadi olaraq məlumatlar verilməlidir. Trend-in məlumatına görə, bunu AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronovirusla mübarizəyə dair bu gün keçirilən maarifləndirici dəyirmi masada akademiyanın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova deyib. Ölkəmizdə bu virusun genomu, quruluşu, mənşəyi, eyni zamanda vaksinlərin hazırlanması sahəsində dərin […]

Page 1 of 7123Next ›Last »