Mart 17, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 17

Milli Məclisin vitse-spikeri: “Koronavirus bizim üçün sınaqdır”

Milli Məclisin vitse-spikeri: “Koronavirus bizim üçün sınaqdır”

“Koronavirus bəşəriyyət üçün həm böyük təhlükə mənbəyi, həm də bir sınaqdır. Təxminən hər yüz ildən bir bəşəriyyət oxşar virusla üzləşir. 3 ay əvvəl Çində başlayan epidemiya başqa qitələrdə və dövlətlərdə yaşayanları o qədər də narahat etmirdi, bir çoxları təhlükənin sovuşacağını düşünürdü. Bu gün isə mənzərə tamamilə fərqlidir, koronavirus az qala dövlətlərin tamamını öz cənginə alıb, […]

Azərbaycanlı tələbələr İtaliyadan çarter reysləri təşkil etdiyi üçün ölkə rəhbərliyinə təşəkkür ediblər (VİDEO)

Azərbaycanlı tələbələr İtaliyadan çarter reysləri təşkil etdiyi üçün ölkə rəhbərliyinə təşəkkür ediblər (VİDEO)

İtaliyada təhsil alan azərbaycanlı tələbələr Vətənə təxliyə edilmələri çarter reysləri təşkil edildiyi üçün Azərbaycan rəhbərliyinə təşəkkür ediblər. Trend-in məlumatına görə, təxliyədən əvvəl Roma hava limanında toplaşan tələbələrimiz yaradılan şəraitə görə öz minnətdarlıqlarını bildirdilər. Qeyd edək ki, İtaliyanın müxtəlif şəhərlərində təhsil alan tələbələrin təxliyəsi davam edir. Ən son məlumatlara görə, İtaliyada 26 minə yaxın insan koronavirusa […]

Tramp ümumi karantinin tətbiqi imkanından danışdı

Tramp ümumi karantinin tətbiqi imkanından danışdı

ABŞ prezidenti Donald Tramp bildirib ki, milli miqyasda karantin variantı müzakirə edilir. Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir. “Ümummilli karantin elan etmək olar, amma ümid edirəm, bu lazım olmayacaq. Biz hər şey haqqında düşünürük. Bu çox ciddi addımdır. Bu hansısa bir mənada işləyən təşəbbüs olardı. Biz bu barədə danışırıq, amma bunu etməyə qərar vermədik. Lakin […]

Bakıda əl qumbarası aşkar olunub (FOTO)

Bakıda əl qumbarası aşkar olunub (FOTO)

2020-ci il 17 Mart tarixində saat 17:44-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 17:59-da Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Bakı şəhərinin Xətai rayonunun M.Hadi küçəsi 15 ünvanında 17 saylı tam orta məktəbin yaxınlığında 1 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil […]

Gürcüstanda karantini pozanlar cərimə və həbs olunacaq

Gürcüstanda karantini pozanlar cərimə və həbs olunacaq

Gürcüstanda koronavirus epidemiyası zamanı karantin və özünütəcrid qaydalarının pozulmasına görə sanksiyalar tətbiq olunacaq. “Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitəsi İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər hazırlayıb. Sənədə əsasən, karantin qaydalarını pozan fiziki şəxslər 3 min lari (1 074 ABŞ dolları), hüquqi şəxslər isə 15 min lari (5 375 ABŞ dolları) məbləğində cərimə olunacaqlar. Cərimənin ödənilməsindən […]

İtaliyadakı həmvətənlərimiz Bakıya çarter reysi ilə gətiriləcək

İtaliyadakı həmvətənlərimiz Bakıya çarter reysi ilə gətiriləcək

Azərbaycanın İtaliyadakı Səfirliyi bu ölkədəki Azərbaycan vətəndaşlarına müraciət edib. “Report” xəbər verir ki, müraciətdə 17 mart 2020-ci il tarixində saat 20:00-da Roma şəhərinin Fiumicino hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilir. “İtaliyadakı epidemioloji vəziyyət ilə əlaqədar İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə Səfirliyə müraciət edərək qeydiyyatdan keçmiş […]

Azərbaycanda karantində olan şəxslərə bayram sovqatı paylanılıb (VİDEO)

Azərbaycanda karantində olan şəxslərə bayram sovqatı paylanılıb (VİDEO)

Masallı Rayon Mərkəzi Xəstəxanasında karantində saxlanılan şəxslərə bayram sovqatı verilib. Xəstəxananın xüsusi geyimli işçiləri bayram xonçası ilə karantin otaqlarına daxil olub və karantində olan şəxslərin bayramını təbrik ediblər. Qeyd edək ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılmaqda davam edir. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib ki, virusun uzun inkubasiya dövrünün olması, […]

Operativ Qərargah: Azərbaycanda daha 6 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı

Operativ Qərargah: Azərbaycanda daha 6 nəfərdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı

Azərbaycan Respublikasında 6 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan həmin şəxslər özlərini normal hiss edirlər, səhhətləri stabil qiymətləndirilir. “Hazırda Azərbaycanda 27 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli xəstəxanalarda həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir. Koronavirus […]

Nazirlər Kabinetində vətəndaşların təxliyəsi məsələsi müzakirə edildi

Nazirlər Kabinetində vətəndaşların təxliyəsi məsələsi müzakirə edildi

Ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Reporta” verilən məlumata görə, martın 17-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus epidemiyası ilə bağlı ölkədəki vəziyyət və hadisələrin mümkün inkişafı variantları, müxtəlif variantlarda hansı tədbirlərin görüləcəyi müzakirə olunub. Baş Nazir İtaliya, Türkiyə, Macarıstan və bura […]

Azərbaycanda koronavirusa görə məscidlərə giriş-çıxışa qadağa qoyuldu

Azərbaycanda koronavirusa görə məscidlərə giriş-çıxışa qadağa qoyuldu

Azərbaycanda koronavirus infeksiyasının törədə biləcəyi təhlükənin qarşısının alınması məqsədilə məscid və ziyarətgahlara giriş-çıxışa məhdudiyyətlər tətbiq edilib. “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrlə birlikdə bu gün keçirilən iclasında qərar qəbul edilib. Qeyd olunub ki, hazırda bütün dünyada sürətlə yayılmaqda olan koronavirusun bilavasitə təmaslar vasitəsilə yoluxaraq insan həyatına […]

Page 1 of 8123Next ›Last »