Mart 26, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 26

Dövlət Bayrağının istifadəsi haqqında qanuna dəyişiklik edilir

Dövlət Bayrağının istifadəsi haqqında qanuna dəyişiklik edilir

“Azərbaycan Respublikasının Dövlət Bayrağının istifadə qaydaları haqqında” qanuna dəyişiklik edilir. “Report” xəbər verir ki, qanuna yeni 1.4-cü bənd əlavə olunur. Yeni bəndə əsasən Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar “Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi haqqında” qanunu ilə müəyyən ediləcək.

Dünyada koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötdü

Dünyada koronavirusdan ölənlərin sayı 20 min nəfəri ötdü

Dünyada koronavirusa yoluxanların sayı 462 684 nəfərə çatıb. “Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında bildirilir. Təşkilatın məlumatına görə, dünyada 20 834 nəfər COVID-19 virusunun qurbanı olub. Bildirilir ki, pandemiya 199 ölkədə və bölgədə aşkarlanıb. Koronavirus ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində aşkarlanıb. Ümumdünya Səhiyyə Təşkilatı martın 11-də COVID-19-u pandemiya elan edib.

Baş Nazir icra başçılarına çağırış etdi

Baş Nazir icra başçılarına çağırış etdi

Azərbaycanın Baş Naziri Əli Əsədov rayon və şəhər icra hakimiyyətlərinin rəhbərlərinə müraciət edib. “Report” xəbər verir ki, Baş Nazir bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın onun sədrliyi ilə keçirilən bugünkü iclasında bildirib. “Buradan müraciət edərək qərargahın üzvlərindən kənarda olan bütün rayon, şəhər icra hakimiyyətlərinin rəhbərlərinə bir nömrəli tapşırıq kimi, cənab Prezidentin tapşırığını çatdırmaq istəyirəm. Bir nömrəli […]

Cəlilabadda dərman qırğını – VİDEO

Cəlilabadda dərman qırğını – VİDEO

  Bura Cəlilabaddır. Koronavirusun ən çox can aldığı ölkələrdən olan İranla həmsərhəd bölgəmiz. İrandan ölkəmizə gətirilən koronavirus şübhəlilərinin karantin altına alındığı tibb mərkəzlərindən biri də bu şəhərdə yerləşir. Məntiqlə, sakinlərinin ən çox izoliyasiya tədbirlərinə ehtiyac duyulan rayonların başında gəlir Cəlilabad. Az qala bir-birinin üzərinə dırmaşa-dırmaşa nəsə almağa çalışan bu insanlar isə Cəlilabadın şəkər xəstələridir. Almaq istədikləri isə dərmandır. Onu da xatırladaq ki, korovirusun ən […]

Azərbaycanda sosial xidmət göstərilən ahılların sayı açıqlandı

Azərbaycanda sosial xidmət göstərilən ahılların sayı açıqlandı

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “Bu günə Azərbaycan üzrə 10 mindən artıq ahıl şəxs qeydiyyata alınaraq onlara sosial xidmət göstərilir. Onlardan 1 600-ü Bakı şəhərində, 8 500-ü isə ölkənin digər regionlarında məskunlaşan tənha şəxslərdir”. “Report” xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, bu istiqamətə 1 […]

Azərbaycanda 6 yeni spirt istehsalçısı fəaliyyətə başladı

Azərbaycanda 6 yeni spirt istehsalçısı fəaliyyətə başladı

“Altı yeni tibbi spirt istehsalçısı fəaliyyətini həyata keçirir, yəni başlayıblar”. “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Onun sözlərinə görə, hazırda çeşidlər olaraq 100, 250, 500 milli litr, 1 və 5 litr həcmində istehsal olunur: “İstehsal respublikada bütün ehtiyacı ödəyəcək qədərdir. Bu gün […]

Koronavirusa görə Azərbaycanda 21 xəstəxana ayrıldı

Koronavirusa görə Azərbaycanda 21 xəstəxana ayrıldı

“Azərbaycanda karantində olanların sayı 3 300-dən çoxdur. Onların əksəriyyəti xarici ölkələrdən gələnlərdir”. Bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev deyib. “Təəssüf hissi ilə demək istəyirəm ki, daxildən yoluxma halları daha çox aşkarlanmağa başlayıb. İstər xəstəxanalara müraciət edən pnevmaniya diaqnozu […]

Nazirlər Kabinetindən otellərin karantin yerlərinə çevrilməsi ilə bağlı açıqlama

Nazirlər Kabinetindən otellərin karantin yerlərinə çevrilməsi ilə bağlı açıqlama

Nazirlər Kabineti “Sahibkarlar var ki, özlərinin istirahət zonalarını və hotelləri artıq dövlətə təqdim ediblər”. Bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov AzTV-nin “Hədəf” verilişində çıxışı zamanı deyib. O bildirib ki, ölkəyə qayıdan şəxsləri karantində saxlamaq üçün mütləq yer lazımdır: “Yerlər də getdikcə çatışmır. Ona görə də sahibkarlarla dövlət arasında həmrəylikdir. Həkimlər var ki, bu […]

XİN-dən xaricdəki Azərbaycan vətəndaşları ilə bağlı səfirliklərə yeni tapşırıq

XİN-dən xaricdəki Azərbaycan vətəndaşları ilə bağlı səfirliklərə yeni tapşırıq

“Xarici İşlər Nazirliyi bütün səfirliklər və diplomatik nümayəndəliklərə tapşırıqlar verib ki, bir-bir hamı ilə danışsınlar”. Bunu Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən Operativ Qərargahın iclasında Xarici işlər naziri Elmar Məmmədyarov deyib. “Çünki əgər vətəndaşlar köməklik etmək istəyirlərsə, imkan daxilində öz evlərində qalsınlar. Misal üçün, Türkiyədə və ya Ukraynada. Çünki onlar virus daşıyıcısı ola bilərlər. Ona […]

Deputatların tələbi ilə plenar iclas onlayn keçirilə biləcək

Deputatların tələbi ilə plenar iclas onlayn keçirilə biləcək

Milli Məclisin plenar iclaslarının keçirilməsi qaydasına dəyişiklik edilir. Bununla bağlı “Milli Məclisin statusu haqqında” Qanuna dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən Milli Məclisin azı 42 deputatının tələbi ilə parlamentin plenar iclasları onlayn şəkildə keçirilə biləcək. Qanun layihəsinə dəyişiklik Milli Məclisin martın 30-da keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Page 1 of 11123Next ›Last »