Mart 27, 2020 | SON XƏBƏR | SON XƏBƏR

Home » 2020 » Mart » 27

Korona kimi bəla: amma bunun vaksini tapıldı – Video

Korona kimi bəla: amma bunun vaksini tapıldı – Video

Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin bugünkü qonağı Mətbuat Şurasının sədri Əflatun Amaşovdur. Axar.az xəbər verir ki, Əflatun Amaşov çap mediası, reket jurnalistikası, bəzi məmurların bir-birinə qarşı qara piar aparması barədə də fikirlərini səsləndirib. Verilişin tam videosunu təqdim edirik:

ABŞ Konqresi mühüm qanunu dəstəklədi

ABŞ Konqresi mühüm qanunu dəstəklədi

ABŞ Konqresinin Nümayəndələr Palatası koronavirusın təsirinə məruz qalmış amerikalılar və bir çox bizneslərə maliyyə ayrılması məqsədilə iqtisadiyyatı stimullaşdırmaq üçün 2 trilyon ABŞ dolları ayrılması haqqında qanun layihəsini dəstəkləyib. “Report” xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb. Qeyd edək ki, bundan əvvəl Senat liderləri və Ağ Ev administrasiyası koronavirus pandemiyasının ölkə iqtisadiyyatını mənfi təsirini minimuma endirmək […]

Türkiyədə koronavirus qurbanlarının sayı 92 nəfərə çatıb

Türkiyədə koronavirus qurbanlarının sayı 92 nəfərə çatıb

Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni bir növ koronavirusdan vəfat edib. Trend-in məlumatına görə, bu barədə Türkiyə Səhiyyə Naziri Fəxrəddin Qoca bildirib. Onun sözlərinə görə, ümumilikdə ölənlərin sayı 92 nəfərə çatıb. Nazir təsdiqlənmiş halların sayının 5698-ə yüksəldiyini də deyib. F.Qoca deyib ki, 42 xəstə sağalıb və xəstəxanalardan buraxılıb, 344 nəfər intesiv terapiya […]

Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlayıb (VİDEO)

Nazirlik “Böyüklərimizə qayğı ilə!” adlı videoçarx hazırlayıb (VİDEO)

Yaşı 65-dən yuxarı tənha şəxslər bu gün evlərində ehtiyac duyduqları sosial məişət xidmətləri ilə təmin olunurlar. Bunun üçün istənilən vaxt Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial xidmət işçilərinin və könüllülərin dəstəyindən faydalana bilirlər. Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Trend-ə verilən məlumata görə, onlara istəkləri öyrənilməklə, ev işlərində, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, […]

“AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar” – Hikmət Hacıyev

“AŞPA məruzəçiləri manipulyasiya və saxtakarlıqla məşğuldurlar” – Hikmət Hacıyev

“İlk növbədə onu qeyd etməliyik ki, Prezident İlham Əliyev Novruz bayramı münasibətilə müraciətində siyasi partiyalara dialoq təklif edib. Dövlət başçısı Novruz bayramı münasibətilə siyasi partiya rəhbərlərini təbrik edib”.   Modern.az  xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Avropa Şurası Parlament Assambleyasının məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son […]

Misirdə ilan yeyən 5 Çinli saxlanıldı – VİDEO

Misirdə ilan yeyən 5 Çinli saxlanıldı – VİDEO

Yeni Qahirədə bir yaşayış binasının həyətində ilan ətindən yemək bişirən 5 nəfər Çin vətəndaşı sakinlərin şikayəti əsasında saxlanılıb. Unikal.org Misir KİV-nə istinadən xəbər verir ki, ölkənin yeni inzibati paytaxtında yaşayan çinlilərin həbsinə xəstəlik yaymaq ehtimalı əsasında sanksiya verib. Misir sakinlərinin manqala düzülmüş ilanlardan dəhşətə gəldikləri və polisə ərizə ilə müraciət etdikləri bildirilir. Qahirə Baytarlıq İdarəsinin […]

Elşad Hacıyev: “Bu məlumatlar həqiqəti əks etdirmir, yalandır”

Elşad Hacıyev: “Bu məlumatlar həqiqəti əks etdirmir, yalandır”

Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidməti adından rəsmi olaraq bəyan edirik ki, bu məlumatlar həqiqəti əks etdirmir, yalandır. Bunu Trend-ə açıqlamasında sosial şəbəkələrdə Baş Polis İdarəsinin adından yayılmış “telefonoqram”ı şərh edən BŞBPİ-nin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Bakı şəhər Baş Polis İdarəsinin rəisi […]

Bu obyektlərdə müştərilərə yerində xidmət dayandırılacaq

Bu obyektlərdə müştərilərə yerində xidmət dayandırılacaq

Sabahdan xüsusi karantin rejimi dövründə supermarketlər, ərzaq mağazaları və apteklər istisna olmaqla, bütün ticarət obyektlərində, müştərilərə yerində xidmət dayandırılacaq. “Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib. Çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

Azərbaycanda parklarda gəzmək qadağan edildi

Azərbaycanda parklarda gəzmək qadağan edildi

Sabahdan bütün bulvar, park və istirahət məkanlarına insanların sıxlığını tənzimləmək məqsədilə giriş məhdudlaşdırılır. “Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin rejimi gücləndirilib.

Sabahdan rayon və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq

Sabahdan rayon və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq

Sabahdan xüsusi karantin rejimi dövründə xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, rayonlararası və şəhərlərarası nəqliyyat hərəkəti tam dayandırılacaq. “Report” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Belə ki, 29 mart saat 00:00-dan etibarən xüsusi karantin […]

Page 1 of 10123Next ›Last »