Mart 30, 2020 | Page 2 of 10 | SON XƏBƏR | SON XƏBƏR | 2

Home » 2020 » Mart » 30 (Page 2)

Nəqliyyatın fəaliyyəti əvvəlki qaydada qalır

Nəqliyyatın fəaliyyəti əvvəlki qaydada qalır

Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlama verib. “Report”un xəbərinə görə, o bildirib ki, xüsusi karantin rejimində nəqliyyatın fəaliyyəti əvvəlki qaydada qalır. “Həyati vacib sahələrdə çalışanların şəxsi avtomobillərindən istifadəyə icazələri var. Yerdə qalan əhalinin isə 24 saat küçəyə çıxmaq qadağandır”, – o vurğulayıb. İ.Məmmədov əlavə edib ki, istisna hallarda küçəyə çıxanda da nəqliyyatdan istifadəyə ehtiyac yoxdur: […]

Türkiyədə koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 168 nəfərə çatıb

Türkiyədə yeni növ koronavirusdan (COVİD-19) daha 37 nəfər dünyasını dəyişib. Trend-in məlumatına görə, bu barədə ölkənin Səhiyyə Naziri Fahrettin Koca öz “Twitter” səhifəsində paylaşıb. Məlumata əsasən, bu gün Türkiyədə 11 535 koronavirus testi keçirilib və onlardan 1610-nгn nəticəsi müsbət olub. Ölkədə koronavirusdan ölənlərin ümumi sayı 168 nəfər təşkil edir. Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 10 […]

Xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinə icazə verilib

Xüsusi karantin rejimində KİV-lərin fəaliyyətinə icazə verilib

Xüsusi karantin rejimində kütləvi informasiya vasitələrinin (KİV) fəaliyyətinə məhdudiyyət qoyulmayacaq. Musavat.com-un məlumatına görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlərdə əksini tapıb. Sənəddə qeyd edilib ki, 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək olan müddətdə  xüsusi rejim […]

Fəaliyyətini davam etdirməyə icazə verilən strukturlar – SİYAHI

Fəaliyyətini davam etdirməyə icazə verilən strukturlar – SİYAHI

Xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə fəaliyyətinin davam etdirilməsinə icazə verilən strukturlar müəyyən edilib. “Report” xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bununla bağlı məlumat yayıb. Beləliklə, 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək olan xüsusi karantin müddətində xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı […]

İngiltərə çempionatının oyunları məşq bazalarında keçirilə bilər

İngiltərə çempionatının oyunları məşq bazalarında keçirilə bilər

İngiltərə Premyer Liqasında 2019-2020 mövsümünə yayda təcrid düşərgələrində yekun vurula bilər. “Report” Britaniya mətbuatına istinadən xəbər verir ki, assosiasiya qalan 92 oyunu stadionlarda deyil, təlim-məşq bazalarında təşkil etmək variantını nəzərdən keçirir. Matçların hər gün azarkeşsiz oynanılması planlaşdırılır. Bütün qarşılaşmaların televiziya vasitəsilə yayımlanacağı gözlənilir. Hökumətin də bu ideyanı dəstəklədiyi iddia olunub. Qeyd edək ki, İngiltərə Premyer Liqası […]

İbrahim Məmmədov: “Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir”

İbrahim Məmmədov: “Koronavirusa yoluxmanın sürəti sağalmanı dəfələrlə üstələyir”

“20 günlük müddətdə həmrəylik göstərib bu rejimə əməl etsək inanıram ki, sağalma sayı sürətlə artacaq və dinamika dəyişəcək” “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bildirib ki, bu gün ölkədə koronavirusa yoluxmanın sürəti sağalmanın sürətini dəfələrlə üstələyir: “Bu dinamikanı dəyişsək, yəni sağalmanın sürətini artırsaq 20 gündən sonra sərbəstləşmə […]

“Barselona” futbolçulara şərt qoydu: Radikal qərarlar qəbul ediləcək

“Barselona” futbolçulara şərt qoydu: Radikal qərarlar qəbul ediləcək

“Barselona”nın futbolçuları məvaciblərinin azaldılmasına razılıq verməsə, rəhbərlik radikal qərarlar qəbul edəcək. Trend-in İspaniya mətbuatına istinadən məlumatına görə, artıq klub mükafat fondunu azaltmağı düşünür. Komandanın oyunçuları isə rəhbərliyə “Real”ı nümunə göstərir. Çünki Madrid klubunun rəhbərliyi koronavirus pandemiyasına görə oyunçuların məvacibini azaltmayacaq. Ona görə, Kataloniya futbolçuları da maaşlarının əvvəlki səviyyədə qalmasını istəyirlər. Klubun bəzi üzvləri bildirib ki, […]

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı oldu

ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı oldu

ABŞ və Rusiya prezidentləri – Donald Tramp ilə Vladimir Putin arasında telefon söhbəti olub. “Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Mətbuat xidmətindən açıqlama verilib. Bildirilib ki, tərəflər yeni koronavirusun geniş yayılmasından narahatlıq ifadə edərək bu təhlükəyə qarşı gördükləri tədbirlərlə bağlı bir-birini məlumatlandırıb, sözügedən sahədə daha sıx əməkdaşlıq yolları barədə fikir mübadiləsi aparıblar.

Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər

Bakıda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyula bilər

Bakı, Sumqayıt və Abşeronda nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. “Report” xəbər verir ki, bunu Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. O bir daha xatırladıb ki, küçəyə çıxmaq qadağası varsa, nəqliyyat vasitələrinin hərəkətinə də məhdudiyyət qoyulacaq.

Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib

Koronavirusun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər müəyyənləşdirilib. Bu barədə Trend-ə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumatda deyilir ki, koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti […]