Apteklərdə tibbi maska çatışmazlığı Milli Məclisdə müzakirə edildi | SON XƏBƏR | SON XƏBƏR

Apteklərdə tibbi maska çatışmazlığı Milli Məclisdə müzakirə edildi

Apteklərdə tibbi maska çatışmazlığı Milli Məclisdə müzakirə edildi

Milli Məclisin bu gün keçirilən iclasında deputat Hikmət Babaoğlu apteklərdə tibbi maskaların çatışmazlığı məsələsinə toxunub.

Trend-in məlumatına görə, millət vəkili bildirib ki, Azərbaycanda tibbi maskaların istehsalı ilə bağlı işlər görülür:

“Seçicilərim mənə zəng vururlar ki, apteklərdə tibbi maskalar tapılmır. Araşdırdıq və bəlli oldu ki, apteklərə gün ərzində 50-100 arası maska verilir və o da tələbatı ödəmir. Aidiyyəti qurumlara səslənirəm ki, bununla bağlı tədbirlər görülsün. Cənab Prezident İlham Əliyev bütün lazımi tədbirləri görür, xahiş edirəm aidiyyəti qurumlar da maska çatışmazlığı məsələsini diqqətdə saxlasınlar”.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>