Azərbaycan koronavirusla mübarizəyə 5 milyon dollar ayırdı | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycan koronavirusla mübarizəyə 5 milyon dollar ayırdı

Azərbaycan Hökuməti “COVID-19 müraciəti” Fonduna maliyyə yardımının verilməsi barədə qərar qəbul edib

Azərbaycan Respublikası və Dünya Səhiyyə Təşkilatı (ÜST) arasında uzunmüddətli səmərəli əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan Respublikası Hökuməti dünyada koronavirus infeksiyasının yayılması riskinin qarşısının alınması istiqamətində beynəlxalq birliyin səylərinə töhfə məqsədilə DST-nin “Strateji Hazırlıq və Cavab Planı” çərçivəsində “COVID-19 müraciəti” Fonduna 5 milyon ABŞ dolları məbləğində könüllü maliyyə yardımının verilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetindən bildiriblər ki, Azərbaycan Respublikası DST-nin qlobal miqyasda COVID-19 virusuna qarşı mübarizə səylərini yüksək qiymətləndirir. DST-nin COVID-19 virusu ilə bağlı tövsiyələri Azərbaycan tərəfindən nəzərə alınır və tətbiq olunur.

Azərbaycan Respublikasının DST ilə səmərəli əməkdaşlığı davam edir və martın 8-də qurumun ekspertlərindən ibarət nümayəndə heyəti ölkəmizə səfər edəcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>