Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı - RƏSMİ | SON XƏBƏR | SON XƏBƏR

Azərbaycanda gözəllik salonları ilə bərbərxanalar da bağlandı – RƏSMİ

 Xüsusi karantin rejiminin gücləndirilməsi ilə əlaqədar bərbərxana, gözəllik salonlarının da fəaliyyəti dayandırılıb.

Bunu  açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, bundan başqa, avtomobil təmiri sexləri, oyun salonları və digər əhaliyə yerində xidmət göstərən obyektlərin də fəaliyyəti məhdudlaşdırılıb.

E.Hacıyev əhalidən tətbiq olunan qaydalara əməl etməyi xahiş edib. O, xüsusi karantin rejimi qaydalarını pozanların qanunvericiliyə uyğun cəzalandırılacağını bildirib.

Qeyd edək ki, 29 mart, saat 00:00-dan etibarən Azərbaycanda xüsusi karantin rejimi gücləndirilib.

Milli.Az


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>