“Azəriqaz" “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri müraciətlərin qəbuluna başlayıb | SON XƏBƏR | SON XƏBƏR

“Azəriqaz” “ASAN xidmət” və “ASAN kommunal” mərkəzləri müraciətlərin qəbuluna başlayıb

Bu gündən etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi Heydər Əliyev prospektində yerləşən 5 saylı “ASAN xidmət” mərkəzində və 1 saylı “ASAN kommunal” mərkəzində, hər birində 2 pəncərə olmaqla müştəri xidmətlərini bərpa edib.

“Report”un “Azəriqaz”a istinadən verdiyi məlumata görə, bu məkanlarda abonentlərin, ilk növbədə, qazsız qalmaması üçün ən zəruri xidmətlər (itirilmiş və ya zədələnmiş smart kartların bərpası, koda düşmüş kartların bərpası və s.) təqdim olunur.

Bununla yanaşı, Birliyin Mərdəkan, Xırdalan və Sabunçu xidmət sahələrində, Gəncə, Şəmkir, Tərtər, Zaqatala, Ağsu, Lənkəran, Xaçmaz, Salyan Regional qaz istismar idarələri və Sumqayıt Qaz İstismar Sahəsində də eyni xidmətlər göstərilməkdədir. Bakı Regional Qazın Satışı Departamentinin inzibati binasında da (Nizami rayonu, Babək pr. 21/24) abonentlər qəbul olunur, müraciətlərinə baxılır.

Qeyd edək ki, martın 20-dən 28-dək qeyri-iş günlərində təkcə paytaxt üzrə ümumilikdə 1 600-ə yaxın müraciətə baxılıb. Onların arasında itirilmiş və ya zədələnmiş smart kartların bərpası, koda düşmüş kartların bərpası ilə bağlı müraciətlər çoxluq təşkil edib.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>