Bənzədiyi orqana xeyirli olan qidalar - SİYAHI | SON XƏBƏR | SON XƏBƏR

Bənzədiyi orqana xeyirli olan qidalar – SİYAHI

 Gündəlik həyatımızda istifadə etdiyimiz qidalara baxdıqda bir çoxunun orqanlarımıza oxşadığını demək mümkündür. Onların bənzədikləri orqanlara xeyirli olduğu da deyilir.

Həmin qidaların siyahısını təqdim edirik.

1) Pomidor - əgər pomidoru kəssəniz, bu tərəvəzin quruluşca ürəyə oxşadığını görə bilərsiniz. Pomidorun tərkibində likopen adlanan antitoksidləşdirici maddə var. Buna görə də onu yeyən kişi və qadınlarda ürək xəstəlikləri riskinə daha az rast gəlinir. Əgər pomidoru zeytun yağı ilə qarışdırsanız, vücudunuzun likopen ehtiyacını 10 qat artıra bilərsiniz.

2) Kök - kökü yarıya böldükdə onun gözə bənzədiyini görmək mümkündür. Tərəvəzin tərkibi antioksidant və bir çox vitaminlərlə zəngindir. Bu da yaşlı insanlarda görmə probleminin aradan qalxmasına kömək edir.

3) Qoz - görünüşcə beynə çox bənzəyir. Çərəz beyin funksiyasını dəstəkləyən Omeqa-3 ilə zəngindir.

4) Zəncəfil - ishalın qarşısını alır.

5) Portağal - xərçəngin qarşısını alır, qanı təmizləyir, cildi gözəlləşdirir.

6) Fındıq - dəmir, kalsium və maqneziumla zəngindir. Tərkibində E vitamini və Omeqa-3 yağı da var.

7) Badam - tərkibindəki yağlar arıqlamağı asanlaşdırır. Gün ərzində 10-15 ədəd badam qəbulu aclıq hissini azaldır.

8) Kivi - göz bəbəyinə bənzəyir. C və E vitamini ilə zəngindir. Görmə probleminin qarşısını alır. (publika.az)

 

 


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>