Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü | SON XƏBƏR | SON XƏBƏR

Fransada koronavirus qurbanlarının sayı 2,3 min nəfəri ötdü

Fransada koronavirusa yoluxanların sayı 37,5 min nəfəri ötüb.

“Report” xəbər verir ki, bu barədə ölkənin yerli hakimiyyət orqanları məlumat yayıb.

Bildirilir ki, son sutka ərzində ölkədə pandemiyadan 319 nəfər vəfat edib, bununla da ölənlərin ümumi sayı 2 314 nəfərə çatıb.

“Koronavirusa yoluxanların sayı 37 575 nəfərə çatıb. Son 24 saatda 4,6 mindən çox yoluxma halı qeydə alınıb”, - deyə məlumatda bildirilir.

Hazırda ölkə xəstəxanalarının reanimasiya şöbələrində 4 273 xəstə var.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bu HTML etiketlərindən və xüsusiyyətlərindən istifadə edə bilərsiniz: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>